7 kəndin qazı kəsiləcək
07 May 2026, 13:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
543
25.04.2020, 14:15
“İnsanların ictimai-siyasi, yaxud elmi fəaliyyətini yaşla əlaqələndirmək doğru yanaşma deyil”.
Bu sözləri Yenisabah.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deputat Qüdrət Həsənquliyevin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) barədə fikirlərinə münasibət bildirərkən deyib.
Qüdrət Həsənquliyev Milli Məclisin dünən keçirilən iclasında AMEA-nın özəl universitetə çevrilməsini, rəhbərliyinə isə gənc kadr gətirilməsini təklif edib. “Elmlər Akademiyası özəl universitetə çevrilməlidir, başına da gənc bir kadr gətirilməlidir”, - deyə deputat vurğulayıb.
AMEA-nın hazırkı prezidenti akademik Ramiz Mehdiyevdir. O, Prezident İlham Əliyevin 23 oktyabr tarixli sərəncamı ilə Prezident Admnistrasiyasının rəhbəri vəzifədən azad edilib. Elə həmin gün AMEA-da prezident seçkiləri keçirilib və Ramiz Mehdiyev akademiyanın yeni rəhbəri seçilib və ölkə başçısının sərəncamı ilə bu vəzifəyə təsdiq edilib.
Həmçinin oxuyun
Qüdrət Həsənquliyevin fikirlərinə rəğmən Sərdar Cəlaloğlu hesab edir ki, yaşlı insanlar da çalışdıqları sahəyə fayda verməkdə davam edirsə, onların gənclərlə əvəzlənməsnə ehtiyac yoxdur. ““Gənclər gətirilməlidir” nə deməkdir axı? Əgər bir adamın tutaq ki,100 yaşı var, amma o gənclərin çoxundan daha produktivdir, biz ona necə deyə bilərik ki, çıx get. Dünya tarixində də elm daşıyıcıları yayşlılar olub. Bu mənim ümumi yanaşmamdır. Konkret Azərbaycana gəldikdə isə bizdə elm iflas vəziyyətindədir və bu yaşlı-cavan məsələsilə bağlı deyil”, - deyə ADP sədri bildirib.
Onun sözlərinə görə, Azərbaycanda elmi dərəcələr savad və biliyə görə verilmir: “Azərbaycanda elmi sahədə də konyuktura var. Elmi dərəcələr konyuktura nəzərə alınaraq verilir. Yəni, elmli olduğuna görə deyil, kiminsə qohumu olduğuna görə elmi dərəcə ala bilərsən. Məmurların çoxu pul verib elmi dərəcə alıb. Adam var müadfiə etdiyi işin adını bilmir. Yaxud adına kitab var amma orada yazılanlar barədə təsəvvürü belə yoxdur.
Həqiqi alimlər evlərinə çörək pulu aparmaq üçün ona-buna elmi işlər yazırlar. Yalançı alimlər isə başqalarının beyninin məhsulu ilə cəmiyyətdə yüksək mövqe tuturlar. Azərbaycanda elmi dərəcəsi olanlar 3-5 faizi həqiqi alimdir. Yerdə qalanların hamısı bu titulları rüşvətlə, yaxud qohumluq, tanışlıq əlaqələrinə görə alıblar. Ölkədə elə alim, akademik var ki, danışanda görürsən elmdən xəbəri yoxdur”.
ADP sədri Ramiz Mehdiyevin təyinatına da münasibət bildirib: “Mən Ramiz Mehdiyevin müəllifi olduğu bir neçə kitabı oxumuşam. Əgər o kitabları doğrudan da özü yazıbsa, hesab edirəm ki, kifayət qədər profuktiv elm adamıdır. Yox başqası yazıbsa, heç. Çünki deyirlər ki, onun kitablarını kimlərsə yazır. Yeri gəlmişkən, o Prezident Admnistrasiyasının rəhbəri olanda saxta elmi titullarla bağlı tənqidi fikirlər səsləndirirdi. AMEA-ya prezident təyin edilən kimi isə həyat yoldaşına orada vəzifə verdi. Gördüm ki, bu da elə tənqid etdiyi əməlləri təkrarlayır”, - deyə Sərdar Cəlaloğlu qeyd edib
13:18 / 07 May 2026
7
13:08 / 07 May 2026
25
13:01 / 07 May 2026
27
12:57 / 07 May 2026
42
12:54 / 07 May 2026
103
12:41 / 07 May 2026
147
12:31 / 07 May 2026
57
12:22 / 07 May 2026
122
12:14 / 07 May 2026
106
12:01 / 07 May 2026
178
11:55 / 07 May 2026
567
11:54 / 07 May 2026
63
11:52 / 07 May 2026
37
11:46 / 07 May 2026
43
11:39 / 07 May 2026
51
11:34 / 07 May 2026
227
11:29 / 07 May 2026
135
11:25 / 07 May 2026
52
11:20 / 07 May 2026
48
11:18 / 07 May 2026
472
11:08 / 07 May 2026
59
11:03 / 07 May 2026
48
11:00 / 07 May 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.