Qalkinin İstanbuldakı konserti ləğv edildi
24 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1919
24.04.2020, 13:46
“Bir dəqiqə olsun ara vermədən yazırlar ki, mənə kömək edin. Niyə sizə yardım etməliyəm ki? Evinizdəki kişilər zamanında gedib işləyib, gətirərdilər də... Oramı-buramı açacağam, onu-bunu yedizdirəcəyəm... Hələ utanmaz-utanmaz burada ağızlarına gələni yazırlar. Xeyir ola, mənim sizə borcum var? Canınız çıxsın, oturduğunuz isti yerdən durub, əziyyət çəkib işləyərdiniz. Mənim kimi qışda, soyuq havada gedib restoranlarda rəqs edərdiniz...”
Oxu.Az xəbər verir ki, bu sözləri “Rusalka” (Su pərisi) ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahir ifaçısı Aygün sosial media hesabında yazıb. Rəqqasə ondan davamlı şəkildə kömək istəyən şəxsləri sərt şəkildə tənqid edərək, qalmaqallı videomüraciət edib:
“Namusunuzu, qeyrətinizi qoruyub saxlayırsınız, bizim adımıza isə ləkə yaxırsınız. Hələ arsız-arsız məndən yardım istəyirsiniz. Yazıb məndən kömək istəməyin. Heç kimə borcum yoxdur. Sizə üz verdikcə, astar istəyirsiniz. Bir dəfə kömək edirsən, sonra yazılar ki, yenə də yardım et. Sizin dədənizə borcum var?
Niyə övladımın boğazından kəsib, sizə kömək etməliyəm? O qədər imkanlı müğənnilər var, onlar sizə yardım etsin. Müğənnilər 5 000 manata toya gedir, mən isə cəmi 300 manata. Sizin əlinizdən bezmişəm. Özünüzü dilənçi kimi aparırsınız. Sosial şəbəkədə yazıb dayanmadan kömək istəyirsiniz. Dilənçiliyin yeni növünü tapmısınız. Utanın, ar olsun sizə! Kasıb günləri mən də yaşamışam. Amma sizin kimi dilənçiləklə məşğul olmamışam. Gedin vəzifədə oturanlardan pul istəyin”.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.