“Yaxşı insanların ölümü də faydalı olur” – Asif həkimin qardaşı – VİDEO
07 May 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
703
23.04.2020, 22:15
Elm və tibb hələ insan orqanizminin təbii qocalma amilinin qarşısını almaqda aciz olsa da, aparılan bir çox araşdırmalar insanlarda daha erkən qocalmanın səbəblərini aşkar etməyə çalışır.
Maksimum gec qocalmaq üçün çalışmaq inşanın öz əlindədir. Lakin elə səbəblər var ki, istər-istəməz mənfi təsirini göstərməklə, insanı daxilən və zahirən qocaldır.
Medicina.az bu 7 faktoru nəzərinizə çatdırır.
1. Siqaret və daimi stress
Uzun müddət siqaret çəkmək, tütün, xüsusən qadınlarda cəmi 5 ilin içərisində 10 il qocalma prosesini irəlilədərək, zahirən qocalıq əlamətlərini artırır. Alimlər son araşdırmalarla sübut edib ki, nəinki çəkənlər, həmçinin siqaret çəkənlərin 2-3 metr dianmetrində olan insanlar da nikotindən zəhərlənərək qocalmağa başlayır.
Yəni ailədə ər çox siqaret çəkirsə, onun arvadının cavan və gözəl qalması mümkün deyil.
2. Allergiya
Müasir tibbin hələ də qarışısında aciz qaldığı qlobal problemlərdən biri allergiya immun sistemin anomal aktivliyi, ətraf mühitdən allergenlərə reaksiyasıdır.
Daim ağır allergiyalardan əziyyət çəkənlər dermatit, bronxial astma kimi xəstəliklərə tutulurlar ki, bu da orqanizmi qocaldır. Allergen insanlar öz yaşıdlarından həmişə bir neçə yaş böyük görünür.
Selikli qişaların xroniki iltihabı, gözləri şişkinliyi, qızarması, dəridə qaşınma dərinin tündləşməsi, piqmentasiyasının pozulması, qırışların artmasına, gözlərin daha yaşlı görünməsinə səbəb olur.
Allergiyası olan insanlar daha gənc yaşlardan kosmetoloq müalicələrindən keçməlidir.
3. Yuxusuzluq
Həmçinin oxuyun
Sutkada 8 saatdan az yatan, xüsusən gecə yarıya kimi oyaq qalıb, səhərəyaxın yatanlar tez qocalır, ömrünü azaldır.
Eləcə də çox yatanlar, çox uzananlar, fiziki aktiv olmayanlar da nəinki tez qocalır, həmçinin tez ölür.
Məsələn, 70-80 yaşında çanaq-bud sümüklərini yıxılaraq sındıran yaşlılar 1-2 il ərzində ölür. Səbəb isə çıxıq yox, həmin insanların hərəkətsiz uzanmasıdır.
4. Çəkinin tez-tez artıb - azalması
Ömrünün çox hissəsində stabil çəkisi olmayanlar, kökəlib-arıqlayanlar, ciddi pəhriz saxlayanlar daha tez qocalır. Xüsusən 50 yaşdan sonra insanda kifayət qədər yağ toxuması yoxdursa, o insan tez-tez xəstələnir, yaşıdlarından daha zərif görünür.
5. Təqaüdə çıxmaq və az pensiya
Ömür boyu çalışan, kollektiv mühitdə olan insanın birdən təqaüdə çıxarılması ağır psixoloji zərbədir. Bu, onun beyninə də mənfi təsir edir. Belə adamlar mütləq zehni və fiziki aktivliyini qorumalı, nə iləsə məşğul olmalıdırlar. Əks təqdirdə tez qocalıb, xəstəliklərlə mübarizə aparacaqlar.
Eləcə də çox qazanmağa meyilli insanlar az pensiya məbləğinə məcbur qalanda, onlar dərin depressiyaya düşür, 1 ilin içində zahirən çox qocalırlar.
6. Tənhalıq
Təklik, ətrafdan təcrid olunma ömrü qısaldır, insanı sürətlə qocaldır. Müəyyən yaşdan sonra yaşlı insanlar təkcə ailə ilə kifayətlənməyib, özlərinə qruplar, yaşıdlarından ibarət tanışlar tapmalı, maksimum cəmiyyətdə olmalıdırlar. Hətta xəstə yaşlı insanı belə, sakitlik yaxşıdır deyib tənhalığa təslim etmək olmaz.
7. Şəkər və şirniyyatlar
Ağ un, şəkər, çox mirdarda sadə karbohidratlar qəbul edən insanlarda qocalma prosesi sürətlə gedir. Həmçinin müasir qidalanma piylənmə, şəkər xəstəliyi yaradır, yaşlandıqda isə artrit və artroz qaçılmaz olur. Ona görə gəncliyinizdə şirniyyat həvəskarı olsanız da, 35 yaşından sonra şirniyyatı, ağ unu, makaronu qidanızdan yavaş-yavaş çıxarın. Bu qanda qlükoza, insulinin miqdarını normadan saxlayacaq və sizi tez qocalmaqdan qoruyacaq.
01:34 / 07 May 2026
76
00:58 / 07 May 2026
117
00:01 / 07 May 2026
114
23:48 / 06 May 2026
289
23:45 / 06 May 2026
94
23:41 / 06 May 2026
82
23:34 / 06 May 2026
75
23:30 / 06 May 2026
4289
23:29 / 06 May 2026
437
23:29 / 06 May 2026
139
23:27 / 06 May 2026
238
23:20 / 06 May 2026
136
23:16 / 06 May 2026
94
23:08 / 06 May 2026
91
23:02 / 06 May 2026
97
23:00 / 06 May 2026
217
23:00 / 06 May 2026
150
22:46 / 06 May 2026
381
22:45 / 06 May 2026
86
22:24 / 06 May 2026
204
22:23 / 06 May 2026
217
22:12 / 06 May 2026
98
21:59 / 06 May 2026
300
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.