Sabiq icra başçısı vəfat etdi
26 Oktyabr 2026, 20:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
584
23.04.2020, 19:51
Koronavirus pandemiyasının tüğyan etdiyi bir dönəmdə bir çoxlarını başlamaqda olan Ramazan ayını necə keçirmək qayğısı düşündürür. Bir sıra alimlər və din adamları pandemiya dövründə oruc tutub-tutmamaq barəsində təzadlı fikirlər səsləndirirlər. Bir çoxları oruc tutanların orqanizminin zəifləyəcəyi üçün virusa asanlıqla yoluxa biləcəyini ehtimal edirlər.
Bütün bu tərəddüdlərə gənc ilahiyyatçı Bəşir Mansurov Milli.Az-a açıqlaması zamanı aydınlıq gətirib:

"İlk öncə, qeyd edək ki, İslamın bütün hökmləri insan sağlamlığına böyük diqqət ayırır və İslamda insanın öz bədəninə qəsdən ziyan yetirməsi pislənilir. Oruc tutmaq fərdi olaraq vacib bir ibadət növüdür. Bu ibadət növünün zahiri tərəfi insanın bioloji tərəfilə əlaqədar olduğu üçün şəriətimizdə bu ibadət növünün insan həyatı üçün ciddi təhlükə yaradacağı təqdirdə yerinə yetirilməməsi əmr olunur. Hətta insan oruc tutmağın onun orqanizminə ziyan verəcəyini bildiyi halda oruc tutarsa, bu, artıq Allahın əmrini pozmaq və günah etmək sayılır.
Böyük şəriət alimlərimizin, İslam hüquq mütəxəssislərinin son günlər Ramazan ayının orucu ilə əlaqədar səsləndirdikləri fikirlərə əsasən deyə bilərik ki, əgər bir şəxs oruc tutduğu halda dəqiq bilərsə ki, koronavirusa yoluxması ehtimalı böyük olarsa və şəxsin ciddi narahatlığına səbəb olarsa, o halda o şəxsə oruc tutmaq vacib deyil. Ancaq xəstəliyin inkişaf riskini evdə qalmaq, başqaları ilə yaxından təmasda olmamaq, maska və tibbi əlcəklərdən istifadə etmək, tez-tez dezinfeksiya etməklə azaldarsa və bu məsələ həmin şəxsə şiddətli, dözülməz bir çətinlik yaratmazsa, oruc tutmaq ona vacibdir. Amma o şəxslər ki, dəqiq bilirlər ki, oruc tutsalar, virusa yoluxacaqlar və virusa yoluxma riskini azaltmağın heç bir yolu yoxdur və hətta evdə qalmaqla, digər qabaqlayıcı tədbirlər görməklə də bu mümkün deyil, o şəxslərin üzərindən oruc götürülür, lakin digər şəxslərə isə oruc vacibdir.
Yəni buradan da göründüyü kimi bu məsələ fərdi məsələdir və hərə öz vicdanına əsaslanaraq burada öz vəzifəsini bilməlidir. Heç bir ciddi təhlükə olmadığı halda süni olaraq insanın özünə yalandan təhlükə yaratması və ciddi səbəb olmadan oruc tutmaması günahdır. Bu halda həmin şəxsin boynundan oruc götürülmür.
Və sonda qeyd etməliyəm ki, Ramazan ayının orucu vacib bir ibadətdir, həqiqi bir səbəb istisna olmaqla bu ibadəti tərk etmək olmaz".
Təhməz Təkin
20:07 / 26 Oktyabr 2026
8
19:57 / 26 Oktyabr 2026
23
19:43 / 26 Oktyabr 2026
57
19:17 / 26 Oktyabr 2026
58
19:00 / 26 Oktyabr 2026
62
18:47 / 26 Oktyabr 2026
73
18:36 / 26 Oktyabr 2026
83
18:20 / 26 Oktyabr 2026
81
18:10 / 26 Oktyabr 2026
76
17:45 / 26 Oktyabr 2026
160
17:01 / 26 Oktyabr 2026
112
17:00 / 26 Oktyabr 2026
324
16:58 / 26 Oktyabr 2026
82
16:46 / 26 Oktyabr 2026
91
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
111
16:17 / 26 Oktyabr 2026
113
16:08 / 26 Oktyabr 2026
281
15:57 / 26 Oktyabr 2026
99
15:50 / 26 Oktyabr 2026
325
15:48 / 26 Oktyabr 2026
167
15:44 / 26 Oktyabr 2026
226
15:41 / 26 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.