Nazirlər Kabinetdən maaşlarla bağlı QƏRAR
26 Oktyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
795
22.04.2020, 15:48
“Siqaret də bölgüdə qida məhsulu sayılır və dünyada, eləcə də Azərbaycanda yeyinti məhsulları haqqında Qanunda da göstərilir ki, üzərində yararlılıq müddəti göstərilməyən məhsulun satışı qadağandır. Bu zaman həmin qida məhsulunun qəbulu təhlükəlidir və insanı zəhərləyə bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda olan, üzərində son yararlılıq müddəti qeyd olunmayan spirtli içki və siqaretlərin insan sağlamlığına təhlükəsini şərh edərkən deyib.
Ekspert illərdir ki siqaret və spirtli içkilərin etiketləri üzərində buraxılış və son yararlılıq tarixinin göstərilməsi üçün iş apardıqlarını bildirib:
“Azərbaycanda illər əvvəl tütün və tütün məhsulları haqqında Qanun qəbul ediləndə parlamentdə radikal çıxışımla təklif etdim ki, bu məhsulların üzərində hər iki tarix göstərilsin. Yalnız buraxılma tarixinin qeyd olunmasına nail olduq. Son yararlılıq müddətinin qoyulmasına nail ola bilmədik. Bu da insan sağlamlığı üçün böyük təhlükə yaradır.
Dünyanın bir çox inkişaf etmiş iri dövlətlərində də belədir. Lakin tütün dünyada böyük dövriyyəsi olan məmulat olduğundan, tütünlə məşğul olan insanların lobbiçiliyi standartların tətbiqinə imkan vermir. Analoji məsələ spirtli içkilərə də aiddir. Əhali bilməlidir ki, satış şəbəkəsində arağın saxlanma müddəti bir, konyakın üç, şərabın isə altı aydır. Bəzən belə hesab edirlər ki, şərab nə qədər çox qalsa, keyfiyyətli olar, yanlış fikirdir.
Bu xüsusi şəraitdə saxlanılan keyfiyyətli içkilərə aiddir”.
E.Hüseynov vaxtı keçmiş spirtli içkilərin satış şəbəkələrindən geri qaytarılandan sonra aksiz vergisinin geri götürülməsini təklif edir:
“Vaxtı keçmiş spirtli içkilər satış şəbəkələrindən geri qaytarılandan sonra aksiz vergisi geri götürülsün və həmin məhsulların uçotu aparılsın. Biz bunun həm tütün məmulatları, həm də spirtli içkilərə tətbiqinə nail olacağımıza əminik”.
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.