Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29340
az

İcazə xidməti ilə bağlı yenilik - Bu gündən qüvvəyə minir

10:4422 Aprel, 2020
1766
CƏMİYYƏT
  • A
"İcaze.e-gov.az"da ötən gündən etibarən yeni xidmət yaratdıq". Oxu24.com xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib. Qurum rəhbəri bildirib ki, təşkilatlar icazəni portala daxil etdiklərində və ya icazə dayandırılanda bəzən bununla bağlı əməkdaşlarına ya məlumat vermirdilər, ya da bunu unudurdular. Bu isə əlavə problemlərə gətirib çıxarırdı. F.Cəfərov problemin aradan qaldırılması üçün yeni xidmətin yaradıldığını açıqlayıb: "Belə olan halda həmin əməkdaşlar icazəsinin olmadığını polis postlarında öyrənirdi və cərimlənirdi. Bu olmasın deyə, icaze.e-gov.az-ı my.gov.az portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı orada bildiriş alırlar. Əməkdaşlar şəxsi kabinetlərinə daxil olaraq icazəni görə bilirlər. Onlar hətta həmin icazəni yükləyə də bilərlər. Artıq onun üzərində "Brcode" və "QR code" imkanları da yaradılıb. Bu gündən etibarən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həmin "QR code"ların xüsusi cihazlar vasitəsiylə oxudulmasıyla vətəndaşların daha sürətli şəkildə postları keçməsi təmin olunacaq. Bu, bu gündən qüvvəyə minəcək. My.gov.az-a artıq bildirişlər daxil olub, vətəndaşlar bunu görə bilərlər". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu