“Yaxşı insanların ölümü də faydalı olur” – Asif həkimin qardaşı – VİDEO
07 May 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
935
21.04.2020, 23:58
Kiçik günahlar hansılardır?
Deyerler.org: Quran buyurur: "Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şər'i cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər". ("Nəcm" 32).
"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik". ("Nisa" 31).
Hədislərdə bu günah haqqında yazılır ki, bu cür günahlara görə əzab vəd edilməmişdir. Elə bir günahdır ki, insan bəzən onun sorağına gedər, ancaq tez bir zamanda istiğfar edər. Müsəlman hər an günaha bata bilər. Amma ruhu və qəlbi pakdır. Kiçik günaha düçar olan zaman nəfsinə zülm etdiyi üçün peşman olar. Allahdan bağışlanmağını istəyər.
İmam Əli (ə) hakimə yazdığı məktubda buyurur: "Ey Haqqın bəndələri! Allah böyük və kiçik əməllərinizi sorgu-sual edəcəkdir. Ona görə də əgər əzab versə, əzaba layiq olarsınız. Əgər əfv etsə, O, ən kərimdir".
İmam Əli (ə) başqa yerdə buyurur: "Allah Öz qəzəbini günahda gizlətmişdir. Ona görə də heç bir günahı az hesab etməyin. Çünki ola bilsin ki, o Allahın qəzəbi ilə bir yerdə olsun və sən bilməyəsən".
Həmçinin oxuyun
İmam Sadiq (ə) Əbu Üsamə Zeyd Şəhama buyurur: "Kiçik günahlardan çəkinin ki, onlar bağışlanmır". Dedim: "Kiçik günahlar hansılardır?" Buyurdu: "İnsan günah etsin və desin ki, nə yaxşı olardı ki, bu günahdan başqasına malik olmazdım".
İmam Kazım (ə) buyurur: "İsa (ə) həvarilərə deyir: "Həqiqətən kiçik günahlar İblisin fəndlərindəndir. O, günahı gözünüzdə kiçik cilvələndirər. Nəticədə günahlar yığılar və sizi əhatə edər".
İmam Rza (ə) buyurur: "Kiçik günahlar böyük günahların yoludur. O kəs ki, az günahına görə Allahdan qorxmaz, çox olan zaman da qorxmaz".
İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) tərəfdaşları ilə bir yerdə susuz və ələfsiz bir yerə gəlib çıxır. Tərəfdaşlarına buyurur: "Odun gətirin və onu yandırın, yemək hazırlayaq". Tərəfdaşları deyir: "Bura qurumuş diyardır. Burada odun yoxdur". Peyğəmbər (s) buyurur: "Gedin və hər nə qədər bacarırsınızsa, toplayın". Onlar getdilər və hər biri az miqdarda odun gətirdi. Hamısını Həzrətin (s) qarşısına qoydular.
Həzrət Peyğəmbər (s) buyurdu: "Günahlar da bu cür üst-üstə yığlar. Kiçik günahlardan çəkinin ki, onların hamısı toplanıb, qeyd edilər".
Ona görə də kiçik günahları dəyərsiz hesab etməyək ki, onlar İlahi dərgahda qeyd edilər və üst-üstə yığılaraq, böyük günahlar üçün zəminə yaradar.
00:58 / 07 May 2026
1
00:01 / 07 May 2026
36
23:48 / 06 May 2026
183
23:45 / 06 May 2026
52
23:41 / 06 May 2026
46
23:34 / 06 May 2026
40
23:30 / 06 May 2026
2640
23:29 / 06 May 2026
324
23:29 / 06 May 2026
62
23:27 / 06 May 2026
174
23:20 / 06 May 2026
96
23:16 / 06 May 2026
55
23:08 / 06 May 2026
53
23:02 / 06 May 2026
56
23:00 / 06 May 2026
162
23:00 / 06 May 2026
114
22:46 / 06 May 2026
263
22:45 / 06 May 2026
47
22:24 / 06 May 2026
157
22:23 / 06 May 2026
147
22:12 / 06 May 2026
63
21:59 / 06 May 2026
231
21:41 / 06 May 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.