“Yaxşı insanların ölümü də faydalı olur” – Asif həkimin qardaşı – VİDEO
07 May 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
655
21.04.2020, 20:17
İnsan orqanizmi üçün zərərli, sənayedə istifadə olunan spirtdən antiseptik məhlul hazırlayaq apteklərdə satışını təşkil edən şəxslər tutulublar
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi "işbazlar" tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümünələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinməkdədir.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı bu şəxslərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə "Tibbi spirt 95%" sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər.
Həmçinin oxuyun
Aparılmış laborator analizlər nəticəsində qablaşdırılmış antiseptik məhlulun sənayedə istifadə olunan, zəhərli metil və izopropil spirti olduğu təsdiq edilib.
Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
00:58 / 07 May 2026
1
00:01 / 07 May 2026
36
23:48 / 06 May 2026
183
23:45 / 06 May 2026
52
23:41 / 06 May 2026
46
23:34 / 06 May 2026
40
23:30 / 06 May 2026
2640
23:29 / 06 May 2026
324
23:29 / 06 May 2026
62
23:27 / 06 May 2026
174
23:20 / 06 May 2026
96
23:16 / 06 May 2026
55
23:08 / 06 May 2026
53
23:02 / 06 May 2026
56
23:00 / 06 May 2026
162
23:00 / 06 May 2026
114
22:46 / 06 May 2026
263
22:45 / 06 May 2026
47
22:24 / 06 May 2026
157
22:23 / 06 May 2026
147
22:12 / 06 May 2026
63
21:59 / 06 May 2026
231
21:41 / 06 May 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.