Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
701
16.04.2020, 15:37
Bruselyoz xəstəliyinə, əsasən, insanlar çiy, yaxşı bişirilməmiş ət və süd məhsulları, eləcə də duza qoyulmamış və ya yetişməmiş pendir istehlak etdikdə yoluxa bilərlər.
Oxu24.com Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, bu xəstəlikdən qorunmaq üçün çiy, yaxşı bişirilməmiş ət və süd məhsullarını qəbul etməmək, şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır.
Bundan başqa, bruselyoza yoluxmamaq üçün boğaz heyvanları digərlərindən ayırmaq, doğuş çətin olduqda və ya vaxtından əvvəl balasalma baş verdikdə dərhal baytar həkim çağırmaq, mütəmadi olaraq heyvanın qanının laborator müayinəsini aparmaq, xəstələndikdə onu naxıra ötürməmək lazımdır. İnsanlarda bruselyoz xəstəliyinin əlamətləri, əsasən, yüksək hərarət, halsızlıq, gecə tərləmələri, əzələ, oynaq və baş ağrıları, üşütmə, iştahsızlıq, arıqlama, depresiya və ya yuxusuzluqla müşahidə olunur.
Heyvanlarda doğuş çətin olduqda və vaxtından əvvəl balasalma baş verdikdə, oynaqlarda şişkinlik, ağsama, titrəmə və hərarətin yüksəlməsi müşahidə edildikdə dərhal bu barədə baytar həkimə müraciət etmək məsləhət görülür. Bu xəstəlikdən heyvanları qorumaq üçün mütləq onların dövri peyvəndləməsini aparmaq lazımdır. Bruselyoz xəstəliyinə yoluxmuş heyvanlar xüsusi təyin olunmuş günlərdə sanitar heyvan kəsim məntəqələrində baytar həkimin nəzarətində kəsilməlidir.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.