TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
542
15.04.2020, 21:22
Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfovun İran Xarici işlər nazirin müavini Abbas Əraqçı və səfir Cavad Cahangirzadə ilə telefon danışıqları baş tutub.
XİN-dən Oxu24.com-a bildirilib ki, danışıq zamanı X.Xələfov Azərbaycanın tərəfinin yüksək səviyyədə olan Azərbaycan İran əlaqələrini qorumaq üçün səylərini əsirgəmədiyini bildirərək pandemiya dövründə sərhədlərimizin bağlı olmasına baxmayaraq ölkələrimiz arasında tranzit daşımalarını və ticarət əlaqələrini qoruduğunu bildirib. Nazir müavini eyni zamanda, son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülərin Azərbaycan Hökumətinin ciddi narahatlığına və ictimaiyyətin dərin narazılığına səbəb olduğunu vurğulayıb. Belə halların baş verməsinin işğalçı Ermənistana dəstəyə və münaqişənin şiddətlənməsinə xidmət etdiyini qeyd edib. Sözügedən məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinin təkzib bəyanatına istinad edən X.Xələfov İran tərəfinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin prinsiplərinə uyğun olaraq bu yayılan məlumatı və videogörüntüləri araşdıraraq Azərbaycan tərəfinə aydınlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.
İran Xarici işlər nazirinin müavini İranın Azərbaycan ilə münasibətlərinə önəm verdiyini bildirərək, dost və qardaş münasibətlərin davam etdiriləcəyini qeyd edib. O, İran-Azərbaycan mehriban dost münasibətlərinin düşmənlərinin mövcudluğunu qeyd edərək, həmin qüvvələrin mütəmadi olaraq bu cür məlumatları ortaya ataraq iki tərəfli münasibətlərimizə xələl gətirməyə çalışdıqlarını vurğulayıb. A.Əraqçi, videogörüntələrin ortaya çıxmasından dərhal sonra Bakıdakı səfirliyə məlumatın yalan olduğuna və təkzib olunmasına dair təlimatın verildiyini söyəyib. İran islam Respublikasının xarici işlər nazirinin müavini, həmçinin pandemiya ilə mübarizəyə Azərbaycan Hökumətinin etdiyi yardıma və pandemiya dövründə ölkə sərhədlərinin tranzit və yük daşımalar üçün açıq saxladığına görə təşəkkürünü bildirib.
Öz növbəsində, səfir cavad Cahangirzadə Azərbaycan və İran Prezidentlərinin dostluq münasibətlərini qeyd edərək, ikitərəfli münasibətlərə önəm verdiklərini qeyd edib. Səfir, eyni zamanda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan-İran münasibətlərinə daim qayğı göstərdiyinə və İİR-ə pandemiya ilə əlaqədar göstərilən köməyə, tranzit daşımalarına imkan yaradılmasına görə İran tərəfinin dərin minnətdarlığını ifadə edib.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.