Bir aydır çökən yolu düzəltmirlər - Bu dəfə maşın düşdü - Video
06 May 2026, 00:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
871
14.04.2020, 00:04
Qoç - gün gözlənilməzliklər gətirir - hərdən xoş, hərdən də dərdə salan. Bilirsiniz ki, baş verənləri götür-qoy etmək lazımdır, ancaq heç cür sakitləşə bilmirsiniz. Üstəlik, heç düşünməyə vaxtınız da yoxdur. Yaxşı olar ki, kənardan verilən məsləhətlərə deyil, intuisiyanın səsinə qulaq asasınız.
Buğa - bu gün şəxsi işləriniz arxa plana keçir. Sizin üçün qiymətli olan insanlara kömək etməli olacaqsınız. Müştərək işlər, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əla gündür. İdeya və təklifləriniz dəstəklənir, ətrafınızdakılar sizin məsləhətlərinizi dinləyirlər.
Əkizlər -sakit və xoş gündür. Ürəyiniz istəyən işlə məşğul ola bilərsiniz. Əlavə problem yaranmayacaq. Köhnə dostlarınızla ünsiyyət xoş keçəcək. Sizi qonaqlığa və yaxud ziyafətə dəvət etsələr, imtina etməyin.
Xərçəng - nəinki, özünüzün, həmçinin başqlarının da problemlərinin öhdəsindən gəlirsiniz. Ancaq ehtiyatlı olun! Sizin mərhəmətinizdən sui-istifadə edə bilərlər. Tez-tez özünüzə xatırladın ki, bəzi xahişlərə "yox" demək lazımdır.
Şir - uğurlu gündür, ciddi problemlər gözlənilmir. Enerjiniz çoxdur, xeyli işləməli olsanız da, yorulmaq bilmirsiniz. Tikinti ilə məşğul ola, köçməyə hazırlaşa bilərsiniz.
Qız - bu gün aktiv fəaliyyətdən daha çox düşüncəyə dalmaq daha məsləhətli olacaq. Verdiyiniz qərarları dərhal həyata keçirməyə çalışmayın. Yüz ölçüb, bir biçin. Maraqlı görüşlər mümkündür, amma xoş tanışlığın tezliklə romantik məcrada davam edəcəyinə ümid etməyin.
Həmçinin oxuyun
Tərəzi - Kütlə qarşısında çıxış məsləhət görülmür. Sövdələşmələr bağlamağa tələsməyin. Peşəkar və şəxsi məsələləri bir-birindən fərqləndirmək lazımdır. Şəxsi simpatiya və antipatiyanın iş yerində, iş yerinin problemlərinin isə evdə bir işi yoxdur. Sonradan böyük bir problemə çevrilə biləcək xırda xoşagəlməzliyi görmək həmişə mümkün olmur.
Əqrəb - şəxsi məsələlərə aid qərar verməyə tələsməyin. İndi hər şeyi sakitcə düşünüb, götür-qoy etmək lazımdır. Müdrik qadınların məsləhətləri işinizə yarayacaq. Xırda alış-veriş edə, qarderobunuzu yeniləyə, imicinizdə dəyişiklik edə bilərsiniz. Romantik tanışlıq mümkündür.
Oxatan - xırda, amma gözlənilməz hadisələr çoxluq təşkil edəcək. Bunlar planlarınızı korlaya bilər. Amma sözün düzü, bu, sizi elə də kədərləndirməyəcək - nəinki yeni şəraitə alışacaq, həmçinin ondan öz mənafeyiniz üçün istifadə edə biləcəksiniz. Pul ala bilərsiniz. Eyni zamanda aldığınız pulu yaxşıca yerbəyer də edə biləcəksiniz.
Oğlaq - günün əvvəlində sizə elə gələcək ki, uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə, cari işlərlə məşğul olun.
Dolça - ciddi və məsuliyyətli iş görmək üçün elə də münasib olmayan, çətin gündür. Günün ilk yarısı diqqətinizi toplaya bilməyəcəksiniz. Heç nə alınmır, böyük səhvlər edir və bu səbəbdən əsəbləşirsiniz. Üstəlik, Buğalar vacib qərarları təkbaşına verə bilmirlər, yaranmış şəraitlə bağlı yaxşı məsləhət verə biləcək insanlar isə yaxınlıqda gözə dəymir.
Balıqlar - evdə özünüzü daha rahat hiss edirsiniz. Uzaq səfərlərə getmək, ekzotik əyləncə mərkəzlərində yeni təəssüratlar axtarmaq məsləhət deyil. İnsanların çox olduğu yerlərə getməyin, kütlə qarşısında çıxışlardan çəkinin.
00:53 / 06 May 2026
85
00:21 / 06 May 2026
281
23:52 / 05 May 2026
93
23:34 / 05 May 2026
111
23:27 / 05 May 2026
92
23:24 / 05 May 2026
84
23:20 / 05 May 2026
75
23:12 / 05 May 2026
189
23:03 / 05 May 2026
147
22:58 / 05 May 2026
84
22:51 / 05 May 2026
80
22:48 / 05 May 2026
85
22:42 / 05 May 2026
91
22:37 / 05 May 2026
116
22:29 / 05 May 2026
773
22:27 / 05 May 2026
378
22:23 / 05 May 2026
369
22:20 / 05 May 2026
258
22:18 / 05 May 2026
93
22:04 / 05 May 2026
1454
21:59 / 05 May 2026
111
21:41 / 05 May 2026
102
21:39 / 05 May 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.