Qaynar xətt:

(+99450) 247 90 86

ŞAD XƏBƏR! İmkansız ailələrə ərzaq paylanılır

ŞAD XƏBƏR! İmkansız ailələrə ərzaq paylanılır

CƏMİYYƏT

743

13.04.2020, 18:57

Həmçinin oxu:  Aprelin 20-dən sonra qaydalar daha da sərtləşə bilər - AZ ÖNCƏ AÇIQLANDI

 

Həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakı və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

İqtisadiyyat Nazirliyindən  Oxu24.com-a verilən məlumata görə, aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər.

Belə ki, "Azərmaş" ASC ərzaq bağlamalarının çatdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər.

Sosial aksiya 500 ailəni (təxminən 2 000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.

Günün  təklif  olunan  videosu: