Qaynar xətt:

(+99450) 247 90 86

Bu il uşaqlara ən çox hansı adların qoyulduğu açıqlandı

Bu il uşaqlara ən çox hansı adların qoyulduğu açıqlandı

CƏMİYYƏT

789

13.04.2020, 14:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci ildə yeni doğulmuş körpələrə ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, oğlan uşaqlarına ən çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə kimi adların verilməsi üstünlük təşkil edir. 

Qeyd olunub ki, hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər və Uğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə kimi adların verilməsi yer alır.