Bir aydır çökən yolu düzəltmirlər - Bu dəfə maşın düşdü - Video
06 May 2026, 00:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
603
13.04.2020, 12:38
BAXCP Azərbaycan hökumətini rəsmi Tehrandan İranın işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımaları ilə bağlı sosial şəbəkələrdə yayılmış və təkzib edilməsi mümkün olmayan faktlara aydınlıq gətirməsini tələb etməyə çağırıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İran İslam Respublikasına məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı bəyanat yayıb.
Oxu24.com-un xəbərinə görə bəyanatda qeyd olunur ki, rəsmi Tehranın Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində formalaşdırılmış separatçı rejimlə əlaqələrini, bu ərazilərə İrandan yük daşınmalarını dəfələrlə təkzib etməsinə baxmayaraq, sosial şəbəkələrdə yayılmış videogörüntülər bunun əksini sübuta yetirir: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İran İslam Respublikasının işğalçı Ermənistan və onun işğal etdiyi Azərbaycan torpaqlarında formalaşdırdığı qanunsuz rejimlə əlaqələrini kəskin şəkildə pisləyir, bu cür davranışın beynəlxalq hüquqa zidd olmasını bəyan etməklə yanaşı, eyni zamanda kişiliyə yaraşmadığını xüsusi vurğulayır. BAXCP bəyan edir ki, İran İslam Respublikasına məxsus yük maşınlarının Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə ərzaq və yanacaq daşıması İranın işğalı və terrorçu rejimi dəstəkləməsi, onların azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə aktlarına haqq qazandırması, insanlıq əleyhinə törədilmiş cinayətlərə şərik olması deməkdir”.
Həmçinin oxuyun
BAXCP hesab edir ki, İranın bu əməlləri Azərbaycan Respublikasının İranın ən çətin günlərində sərgilədiyi dost və yaxın qonşuluq münasibətləri ilə də ziddiyyət təşkil edir: “İran İslam Respublikasının ideoloji təbliğat maşını bu ölkənin daim müsəlmanların hüquqlarını müdafiə etdiyini önə çəkir, amma əməldə isə 1 milyona yaxın müsəlman azərbaycanlını öz evlərindən didərgin salan işğalçı Ermənistana və onun separatçı tör-töküntülərinə himayədarlıq edir”.
BAXCP Azərbaycan hökumətini rəsmi Tehrandan İranın işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımaları ilə bağlı sosial şəbəkələrdə yayılmış və təkzib edilməsi mümkün olmayan faktlara aydınlıq gətirməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına sayğıyla yanaşmasını, işğalçı rejimlə əməkdaşlığa son qoymasımı tələb etməyə çağırıb.
00:53 / 06 May 2026
35
00:21 / 06 May 2026
192
23:52 / 05 May 2026
55
23:34 / 05 May 2026
70
23:27 / 05 May 2026
55
23:24 / 05 May 2026
55
23:20 / 05 May 2026
48
23:12 / 05 May 2026
153
23:03 / 05 May 2026
102
22:58 / 05 May 2026
53
22:51 / 05 May 2026
49
22:48 / 05 May 2026
55
22:42 / 05 May 2026
60
22:37 / 05 May 2026
83
22:29 / 05 May 2026
505
22:27 / 05 May 2026
281
22:23 / 05 May 2026
260
22:20 / 05 May 2026
218
22:18 / 05 May 2026
61
22:04 / 05 May 2026
1162
21:59 / 05 May 2026
82
21:41 / 05 May 2026
70
21:39 / 05 May 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.