Bir aydır çökən yolu düzəltmirlər - Bu dəfə maşın düşdü - Video
06 May 2026, 00:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1431
12.04.2020, 21:36
Ötən gün aprelin 11-də Britaniya qəzetləri bir qrup zənginin gənc qızlarla kef çəkmək üçün karantin rejiminin hökm sürdüyü, koronavirusdan hər gün yüzlərlə adamın öldüyü Fransaya uçmasından bəhs edib.
Oxu24şcom virtualaz.org-a istinadən bildirir ki, onların arasında Ukraynadan olan, kimliyi açıqlanmayan biznesmen də olub. Onlar Londondan özəl təyyarədə Fransanın Marsel şəhərinə, oradan isə vertolyotlarla kurort şəhəri Kanndakı dəbdəbəli villaya uçmaq istəyirdilər

"The Mirror" yazır ki, "Emraer Lagacy 600" markalı təyyarənin göyərtəsində yaşları 40-50 arasında olan yeddi kişi və yaşları 27-dən yuxarı olmayan 3 qız olub. Təyyarə Fransa hüquq-mühafizə orqanlarının geri qayıtmaq tələblərinə baxmayaraq Marsel-Provans aerportunda enib. Bildirilir ki, təyyarənin reysinin haqqını hansısa ukraynalı biznesmen olub, o həm də sərnişinlərin arasında yer alırdı. Elə həmin adam lacivərdi sahillərdə dəbdəbəli villa kirayə götürüb, evin dəyəri 75 milyon dollardan yuxarıdır. Məlumata görə, oliqarx villanı Xorvatiyadan olan vasitəçinin-biznesmenin köməyi ilə kirayə götürüb.

"The Daily Mail" isə əlavə informasiya dərc edir, bildirir ki, "Emraer Legacy 600" təyyarəsinin bir saatlıq uçuşu 6600 dollara başa gəlir, həmin villanın sutkalıq kirayəsi isə 62 min dollardır. Habelə ukraynalı oliqarx aerportdan birbaşa villaya uçmaq üçün 3 vertolyot da kirayələyib və bunun üçün iri məbləğ ödəyib. Amma məbləğ məlum deyil. Vertolyotlar qrup Marsel-Provans aerportunda gözləyirdi ki, onları oradan birbaşa villaya çatdırsın.
Həmçinin oxuyun
Məhz həmin vertoyotlar Fransa polisini şübhələndirib. Zabitlər vertolyotların pilotlarından öyrəniblər ki, onlar Londondan gələcək 10 nəfərlik qrupu gözləyirlər. Hansı ki, pandemiya şəratində belə uçuşlaq Fransada qəti qadağandır. İstənilən belə reys üçün xüsusi icazə almaq lazımdır. Təbii ki, ukraynalı biznesmenin və tanışlarının bu cür icazəsi yox idi.
Nəticədə təyyarə aerporta enən kimi polislər dərhal onu əhatəyə alıblar və sərnişinlərin göyərtəni tərk etməsinə qadağa qoyublar. Bu da gələnləri hiddətləndirib. Onlardan biri fransızlara bildirib ki, söhbət işgüzar görüşdən gedir. Guya villada Fransada minlərlə yeni iş yerinin açılmasına imkan verən hansısa sövdələşmə imzalanmalıydı.

Nəticədə təyyarə aerporta enən kimi polislər dərhal onu əhatəyə alıblar və sərnişinlərin göyərtəni tərk etməsinə qadağa qoyublar. Bu da gələnləri hiddətləndirib. Onlardan biri fransızlara bildirib ki, söhbət işgüzar görüşdən gedir. Guya villada Fransada minlərlə yeni iş yerinin açılmasına imkan verən hansısa sövdələşmə imzalanmalıydı.
Sənədlər yoxlanılarkən məlum olub ki, təyyarədə bir neçə ölkənin-Ukraynanın, Rumıniyanın, Fransanın və Almaniyanın vətəndaşları olub. Həmin villa isə Lacivərdi sahillərdə yaxşı tanınır, "Alang Alang" adlı villanın sahibi bir vaxtlar silah taciri Adam Haşoqi olub. Sonra onu britaniyalı rieltor alıb. Təyyarəyə gəldikdə isə o, Londondakı "PrivateFly" şirkətində qeydiyyatdadır.
00:53 / 06 May 2026
35
00:21 / 06 May 2026
192
23:52 / 05 May 2026
55
23:34 / 05 May 2026
70
23:27 / 05 May 2026
55
23:24 / 05 May 2026
55
23:20 / 05 May 2026
48
23:12 / 05 May 2026
153
23:03 / 05 May 2026
102
22:58 / 05 May 2026
53
22:51 / 05 May 2026
49
22:48 / 05 May 2026
55
22:42 / 05 May 2026
60
22:37 / 05 May 2026
83
22:29 / 05 May 2026
505
22:27 / 05 May 2026
281
22:23 / 05 May 2026
260
22:20 / 05 May 2026
218
22:18 / 05 May 2026
61
22:04 / 05 May 2026
1162
21:59 / 05 May 2026
82
21:41 / 05 May 2026
70
21:39 / 05 May 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.