Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
696
09.04.2020, 15:08
Çaylarda yaz-yay gursululuq dövrünün proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, 2020-ci ilin martında qarölçmə işlərini aparmaq məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən Böyük və Kiçik Qafqazın dağ və dağətəyi zonalarının çay hövzələrində 28 marşrut üzrə ekspedisiyalar təşkil olunub.
Qarölçmə işləri zamanı hər bir marşrutda qar örtüyünün hündürlüyü və qarın miqdarı təyin olunduqdan sonra qarın sıxlığı və sululuğu müəyyən edilib.
Qarölçmə işlərinin nəticələrinə əsasən, bu il Böyük Qafqaz çaylarının hövzələrində qarda olan sululuq çoxillik normanın 69-84 faizini (2019-cu ildə normanın 68-115 faizini), Kiçik Qafqaz çaylarının hövzələrində isə normanın 78-83 faizini (2019-cu ildə normanın 110-121 faizini) təşkil edib.
Aparılan kompleks təhlillərə görə, bu ilin aprel-iyun ayları üçün gursululuq dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına gözlənilən axının çoxillik normanın 55-67, Qanıx çayından Mingəçevir su anbarına axının normanın 52-79, Araz çayından Araz su anbarına gözlənilən axının isə normanın 45-65 faizini təşkil edəcəyi gözlənilir.
Respublikanın yerli çayları üzrə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) və şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında sululuğun çoxillik normaya yaxın və az (81-102 faiz), Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl), Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az (42-80 faiz) olacağı gözlənilir.
Bu da respublika çaylarında ötən il gursululuq dövrü zamanı müşahidə olunan az sululuqla səciyyələnən vəziyyətə yaxındır.
Bununla yanaşı, hər il olduğu kimi yaz-yay gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
Qeyd edək ki, yaz-yay gursululuğuna dair hər il mütəmadi olaraq hazırlanan hidroloji proqnoz müxtəlif məqsədlərlə sudan istifadənin daha səmərəli planlaşdırılmasına, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsinə, əhalinin, energetikanın, kənd təsərrüfatının su təchizatının balanslı təşkil edilməsinə xidmət göstərir.
Ölkəmizin çaylarında gursululuq dövrünün axımı əsasən çay hövzələrində (1000-3500 metr yüksəklik zonasında) qış dövrü ərzində toplanan qar ehtiyatları və yaz yağıntıları hesabına formalaşır.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.