Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
917
06.04.2020, 12:14
“İcazə SMS-lərinin 60 faizi daha çox insanların sistemi yoxlamaq istəyinə görə istifadə olunub”.
Oxu.Az-ın məlumatına görə, bunu Real TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, vətəndaşların yaşayış yerini tərk etməsi ilə bağlı qərarda zəruri hallar konkret kodlarla göstərilib:
İnsanlar bilməlidir ki, bu SMS-lər sistemə düşürsə, bunun arxasında monitorinq sistemi dayanır. O şəxsləri dərhal fiksasiya etmək mümkündür. Bu gün Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarlar karantin rejiminin qaydalarıdır. Bu qaydaları pozan hər bir şəxs qanunvericiliyə uyğun məsuliyyət daşıyır”.
“Onlar, bəlkə, zarafatyana, gülmək, vaxt keçirmək və sistemi yoxlamaq üçün bu cür hərəkətlərə yol verə bilərlər, amma anlamalıdırlar ki, bu, karantin rejiminin pozulmasıdır. Ona görə də 546 215 SMS-in 212 366 qaydalara uyğun SMS olub ki, onlara da müvafiq icazələr verilib.
190 minə yaxını ərzaq və gündəlik tələbat üçün, 14 mindən çoxu təxirəsalınmaz tibbi zərurət, səkkiz minə yaxını isə yaxın qohumun dəfnində iştirakla bağlıdır. Digərləri isə təyin olunmamış müraciətlər üzrə olub”, - deyə Ü.Mehdiyev qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, insanların yaşayış yerini tərk etmələri üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.
Yalnız SMS-ə cavab gəldikdən sonra yaşayış yerini tərk etmək mümkündür. Məlumatla buradan tanış ola bilərsiniz.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.