Qaynar xətt:

(+99450) 247 90 86

Qandonduran görüntü: Koronovirus nəzarətdən çıxdı,küçələr meyitlərlə doldu

Qandonduran görüntü: Koronovirus nəzarətdən çıxdı,küçələr meyitlərlə doldu

ŞƏRHSİZ

4019

04.04.2020, 14:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ekvadorda polis koronavirusdan ölənlərin cəsədlərini evlərinin qarşısına qoymağa başlayıb.

“HaberGlobal” məlumat verir ki, ölkədə səhiyyə sisteminin çökməsi və yetərli infrastrukturun olmaması səbəbindən cəsədlər küçələrdə qalır.

Ekvadorun qərbində yerləşən Quayakil şəhərində qəbiristanlıqda yer tapılmadığı üçün polislər meyitləri evlərin qarşısına qoyurlar.

Ekvador prezidenti Lenin Moreno rəsmi məlumatların təhrif olunduğunu etiraf edərək, 2500 nəfərin koronavirusdan öldüyünü açıqlayıb.

Qeyd edək ki, rəsmi məlumatlarda Ekvadorda koronavirusa yoluxanların sayının 3368, ölənlərin isə 145 nəfər təşkil etdiyi bildirilib.