TƏCİLİ! Oktay Saral getdi -RƏSMİ
26 Oktyabr 2026, 13:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1096
01.04.2020, 22:16
Stanford Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Maykl Levitt koronavirus pandemiyasının sona çatacağını proqnozlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə "Los Angeles Times"da nəşri məlumat yayıb. Məqalədə qeyd olunur ki, Levitt Çində vəziyyətin inkişafını, ölkə tarixindəki ən pis böhranı düzgün proqnozlaşdırıb. Professor bildirib ki, mövcud böhranın aylar və ya illərlə davam edəcəyinə, həmçinin milyonlarla insanın ölümünə səbəb olacağına dair proqnozlara inanmır.
Fevralın əvvəlində o, Çində ölüm tempinin bir həftə içində daha da aşağı düşəcəyinə dair hazırladığı hesabatı həmin ölkəyə göndərib. Levitt COVID-19-a yoluxma halının təxminən 80 min olacağı və orta hesabla 3250 adamın epidemiyadan öləcəyi barədə proqnoz verib. Real statistika professorun iddia etdiyi rəqəmlərə demək olar ki müvafiq olub: 24 mart tarixində ÇXR-də 3281-i ölümlə nəticələnən 81.588 yoluxma faktı qeydə alınıb.
İndi Maykl Levitt həm ABŞ-da, həm də dünyanın qalan hissəsində oxşar nəticələr gözləyir. Onun sözlərinə görə, əsas məsələ çaxnaşmaya nəzarət etməkdir. Bir çox epidemioloqun xəbərdarlıq etməsinə və milyonlarla insanın öləcəyinin deyilməsinə baxmayaraq, alim mövcud məlumatların belə bir dəhşətli ssenarini təsdiqləmədiyini bildirir.
Hər gün koronavirusa 50 yeni yoluxma faktının qeydə alındığı 78 ölkədəki vəziyyəti təhlil edən Levitt əmin edir ki, "Çaxnaşmaya ehtiyac yoxdur - hər şey nəticə verəcək".
Ancaq professor ABŞ-da dönüş nöqtəsi üçün konkret tarix göstərmir.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.