Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
704
30.03.2020, 18:38
ABŞ-da Çinin səlahiyyətli şəxslərinə və rəsmi qurumlarına qarşı 20 trilyon dollarlıq iddia qaldırılıb.
Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Biznes Tudey" nəşri yayıb. Məlumata görə, amerikalı hüquqşünas Lerri Kleymənin vəkillik xidmətləri təqdim edən "Fridom Voç" şirkəti və onun vəkilliyini etdiyi Texasın "Bazz Fotos" qrupu Çin hökuməti, Çin ordusu, Uhan Virusoloji İnstitutu, Uhan Virusoloji İnstitutunun direktoru Şi Zengli və Çin ordusunun general-mayoru Çen Veyə qarşı məhkəmə davası açıb.
İddiaçılar koronavirus infeksiyasının Çin səlahiyyətliləri tərəfindən hazırlanmış bioloji silah olduğunu iddia edərək, sözügedən cavabdehlərə Çinin ümumi daxili məhsulundan daha çox - 20 trilyon dollarlıq təzminat tələbi qoyub. Onlar Çini dünya vətəndaşlarının ölümünə vasitəçi olmaqda, terrorçulara maddi dəstək verməkdə, ABŞ vətəndaşlarının yaralanmasına və ölümünə səbəb olan sui-qəsd hazırlamaqda və səhlənkarlıqda ittiham edib.
İddiaçılar virusun Uhan Virusologiya İnstitutundan yayıldığını iddia edirlər və bildirirlər ki, COVID-19 virusu Çin tərəfindən dünya əhalisini kütləvi şəkildə öldürmək üçün hazırlanıb. İddiaçı tərəf bioloji silahların 1925-ci ildən qadağan edildiyini xatırladaraq, belə bir bioloji silahın hazırlanmasını terrorla birbaşa əlaqəsi olan kütləvi qırğın silahı adlandırıb.
İddiaçılar müxtəlif media hesabatlarına əsasən bildiriblər ki, Uhanda yeni növ koronavirusu saxlayacaq sadəcə bir mikrobiologiya laboratoriyası var.
Kleymən və iddiaçılar, həmçinin koronavirus haqqında danışan və "beynəlxalq aləmdə həyəcan siqnalını qaldıran" Çin həkimləri və tədqiqatçılarının susdurulduğunu da iddia ediblər. Onlar əlavə ediblər ki, bu, general-mayor Çenin özünə və komandasının altı üzvünə hələ sınaqdan keçirilməmiş bir peyvəndi vurduqdan sonra meydana gələn bir virusdur.
Şikayətçilər bütün müttəhimlərin beynəlxalq terrorizmi davam etdirmək üçün birlikdə çalışdıqlarını iddia edib.
Koronavirusun Çində daha asta sürətlə yayıldığı da ittihamda qeyd edilib və Çinin ABŞ kimi düşmən qəbul edilən bir və ya bir neçə ölkənin əhalisinə qarşı istifadə edilmək üçün bu virusun xüsusi hazırlandığı bildirilib.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.