Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
757
29.03.2020, 17:44
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında koronavirus infeksiyasından sağalan insanların sayını açıqlayıb.
OXU24.COM xəbər verir ki, o, bu gün dünyada yarım milyondan çox təsdiqlənmiş yoluxma hadisəsi olduğunu, həmçinin 20 mindən çox insanın öldüyünü bildirib.
“Bunlar faciəvi rəqəmlərdir, amma unutmayaq ki, dünyada 100 mindən çox insan xəstəlikdən sağalıb. İndi xəstəxanalarda xəstələrin müalicəsi üçün terapevtik vasitələrə ehtiyac duyulur, çünki COVİD-19 peyvəndini yaratmaq təxminən 18 ay çəkəcək”, – baş direktor vurğulayıb.
Onun sözlərinə görə, terapevtik vasitələrin sınaqları tezliklə İspaniya və Norveçdə başlayacaq: “Bunlar dörd fərqli dərman və dərman birləşməsi sınaqlarıdır. Prosesdə 45 dövlət iştirak edir”.
Qebreyesus koronavirusa qarşı yeni dərman hazırlanana qədər fərdləri və ölkələri virusun müalicəsində effektivliyini göstərməmiş terapevtik maddələrdən istifadə etməkdən çəkinməyə çağırıb: “Hər gün bu xəstəliklə mübarizədə nəyin işlədiyini və nəyin yaramadığını daha çox öyrənirik”.
O, hazırda həkimlər və tibb bacılarını lazımi qoruyucu vasitələrlə təmin etmək, adambaşına düşən aşağı və orta gəlirləri olan ölkələr daha inkişaf etmiş ölkələrdəki həmkarları ilə eyni şəkildə qorunmalı olduğunun ən vacib vəzifə olduğunu bildirib.
ÜST-ün baş direktoru həmçinin qurumun yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 203 min şəxs və təşkilatlar tərəfindən 108 milyon ABŞ dolları həcmində yardımın daxil olduğunu açıqlayıb./Qafqazinfo/
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.