Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
831
29.03.2020, 11:05
“Bu gün səhər saatlarında əvvəlki günlərlə müqayisədə sıxlıq bir neçə dəfə azdır”.
Oxu24.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev ATV-nin canlı efirində məlumat verib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən Bakı Metropoliteni səhər saat 07:00-09:00 arası fəaliyyət göstərib:
“Səhər saat 07:00-da qatarlar işə başlayıb. Aidiyyəti üzrə saat 09:00-da metronun hərəkəti dayandırılıb. Sərnişinlər arasında sıxlıq müşahidə edilməyib. İstənilən halda insanlar özləri də sanitar-gigiyenik normalara riayət etməlidir. Sıxlıq yaratmamalıdır. Bu gün metropolitenin fəaliyyətinin müvəqqəti də olsa, limitlənməsi dezinfeksiya tədbilərinin daha da aktiv aparılmasına şərait yaradıb”.
Etibar İsayev onu da əlavə edib ki, qatarların intervalında dəyişiklik olmayıb:
“Sərnişinlər arasında nəzərə çarpacaq dərəcədə seyrəklik müşahidə edilir. Əvvəlcədən bu rejimin tətbiqi ilə bağlı məlumat daxil olub. Bunun əsasında hərəkət qrafiki tərtib etdik. Pandemiyadan əvvəl hansı qrafiklə çalışırdıqsa, o qrafiklə davam edəcəyik. Bu o deməkdir ki, “28 May” - “Həzi Aslanov” stansiyası arasında qatarlar 2,5 dəqiqə, “28 May”- “Dərnəgül”, “28 May” - “İçərişəhər” stansiyalarında isə beş dəqiqəlik intervalla qatarlar hərəkət edəcək.
“Cəfər Cabbarlı” və “Xətai” satansiyası eləcə də bənövşəyi xəttin “Memar Əcəmi”- “Avtovağzal” stnasiyaları üzrə qatarlar hansı qrafiklə çalışırdısa, elə də davam edir”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən Bakı metrosu üçün yeni iş vaxtı müəyyən edilib. Martın 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 arası olacaq. Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.