Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2682
26.03.2020, 20:20
"ATV xəbər”in əməkdaşları Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.
Oxu24.com -un verdiyi xəbərə görə, xəstəxanada hazırda koronavirusa yoluxmuş xəstələr xüsusi palatalarda bir-bir saxlanılıb.
Koronavirusa yoluxanlardan biri qısa müsahibəsində bildirib ki, bir neçə gündür müalicə olunur: "Mən özümü narahat hiss etdim və həkimə müraciət elədim. Sonra məni bura gətirdilər. Üzümü xalqa tutaraq deyirəm ki, hər birimiz öz həkimimiz olaq. Hamını verilən qərarlara, qadağalara əməl etməyə çağırıram”.
Xəstəxananın baş direktoru Emin Hüseyn bildirib ki, orada yerləşdirilən xəstələrin bir qismi xaricdən təxliyyə olunanlar, qalanı isə onlarla ünsiyyətdə olan şəxslərdir: "İlk günlərdən etibarən xəstəxanamız diaqnostik və müalicə baxımından gücləndirilib. Pasiyentlər müvafiq dərman preparatları ilə müalicə olunur. Ümumi vəziyyətləri kafidir, dinamika müsbətə doğru gedir. Düşünürük ki, müalicə bitdikdən sonra onlar bu xəstəlikdən tam sağalmış vəziyyətdə öz ailələrinə,cəmiyyətə təhvil veriləcək”.
Qeyd edək ki, Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.
Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.
Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.