Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
912
26.03.2020, 19:01
Məadın fəlsəfəsi belədir ki, həm ruhi olacaqdır, həm də cismani. Əllamə Məclisi buyurur: "Cismani məad o mövzulardandır ki, bütün din sahibləri onda eyni nəzərə malikdirlər. Hər kim onu inkar edərsə, müsəlman olmaz".
Qurani-Kərimdə buyurulur: "Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik". ("Qiyamət" 4).
"De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir"". ("Yasin" 79).
"Və buna görə(dir) ki, Qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir". ("Həcc" 7).
Məadın cismani olması barədə bir neçə nəzər var. Əksər alimlərin nəzərinə görə, insan Qiyamət günü dünyada olan cismə bənzər cisim ilə məhşur olacaqdır. Ancaq bu cismi əbədi olacaqdır, fani deyil.
Bu bədən axirətə uyğunlaşan bədən olacaqdır. Belə ki, cəhənnəm atəşində yanandan sonra yenidən bərpa olacaq və əvvəlki halına qayıda biləcəkdir.
Sədrul-Mütəllihin deyir: "Qiyamət günü bədənin həşr olması üçün lazım olan şey odur ki, bədənlər qəbirlərdən tək-tək çıxacaqdır və hər kim onları görsə deyəcəkdir ki, bu, filankəsdir".
Əllamə Tehrani yazır: "Bütün fəqihlərin nəzərinə görə, məad ancaq cismani olacaqdır. Ruh bu cismin kənarında suya qarışan yağ kimi olacaqdır".
Həzrət Peyğəmbər (s) buyurur: "Behişt əhli tükdən təmiz bədənə, üzlərinə hələ tük çıxmamış simaya və gözə sürmə çəkilmiş kimi gözəl gözə malik olacaqlar. Gözlərinin hədəqəsi və kiprikləri qara rəngdə və gözlərinin ağı çox ağ olacaqdır. Nə cavanlıqları fənaya uğrayar və nə də libasları cürüyər". (Beytutə)
Beləliklə deyə bilərik ki, insan Qiyamət günü həm cismi və həm də ruhu ilə məhşur olacaqdır. Ancaq cismi həmin şəraitə uyğun olan cisim olacaqdır. Qiyamətdən sonra insanların yaşı barəsində deyilir ki, behişt əhlinin hamısı cavan olacaqdır və qocalığın ora yolu olmayacaqdır.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.