TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
978
16.03.2020, 19:07
Azərbaycan Televiziyasında (AzTV) aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə gedən "Əsas məsələ” tok-şousunda qlobal miqyasda sürətlə yayılan koronavirusla bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya şəraiti, bu şəraitdə necə davranmalı olduğumuz, virusla bağlı dünyada və ölkəmizdə son vəziyyət şərh olunub.
Oxu24.com xəbər verir ki, millət vəkili Musa Quliyev qeyd edib ki, bu, olduqca ciddi məsələdir: "Son 100 ildə bu, ikinci pandemiyadır. Birincisi, onun vaksini yoxdur, ikincisi, bu virusun özünü necə aparacağı ilə bağlı bir təcrübə yoxdur. Hələlik bu virusdan qorunmağın yeganə yolu izolyasiyadır. İnsanlarımız ehtiyatlı olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda görülən işləri çox yüksək qiymətləndirib. Ancaq hər birimiz bu məsələnin ciddiliyini qiymətləndirməliyik. Gedirsən, bazarlarda insanlar qaynaşır. Heç biri də profilaktik tədbirlər görmür. Bir tərəfdən məktəbləri bağlamışıq, o biri tərəfdən mollarda insanlar qaynaşır”.
Millət vəkili Fazil Mustafa 2012-ci ildə dünyanın dağılması ilə bağlı dezinformasiyaları xatırladıb: "Həmin vaxt əhali mağazalarda şam və kibriti tükətdi. "Qara bayram”da hamı bir-birinin evinə gedir. Bayramın qarası olmur. Bunun "qara”sını haradan kəşf etmisiniz?! Dinə aid olmayan bəzi adətlərin girovuna çevrilmişik. Virusun da belə şəraitdə yayılma riski böyükdür. Və ya manatı dollara çevirmək üçün yaradılan növbələrdə bu təhlükə var. Onlarla valideyn görürəm ki, uşağı marketin içində sürüyür. Bayrama münasibət də dəyişməlidir. Bu bayramda evinizdə oturun, televiziyada verilən mahnılara oynayın. Küçəyə çıxmayın, təmasları azaldın”.
Millət vəkili, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov bildirib ki, bu gün cəmiyyət ümumbəşəri problemlə üz-üzədir: "Azərbaycan bu təhlükəyə qarşı vaxtında və lazımınca reaksiya verdi. Karantin deyilən hal xəstəliyi müalicə etmək deyil. Xəstəliyin başqa insanlara keçməməsi üçün onu təcrid olunmuş vəziyyətdə saxlamaqdır. Biz bunları qarışdırmamalıyıq. ÜST ölkəmizdə bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirir”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov qeyd edib ki, hazırkı durumda cəmiyyətin üzərinə böyük məsuliyyət düşür: "Biz və italyanlar adətən emosiya ilə hərəkət edirik. Belə olan halda şüur bir qədər kölgədə qalır. Bəzi dəyərlərimizə də bu fürsətdən istifadə edərək, bir daha baxmalıyıq. Məsələn, görüşərkən öpüşmək, qucaqlaşmaq və s. ”.
Verilişin gedişatında müxtəlif müxbir postları ilə, eyni zamanda İsraildən beynəlxalq məsələlər üzrə Arye Qutla canlı bağlantılar qurulub.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.