Qaynar xətt:

(+99450) 247 90 86

Ekspertlər Şurasının üzvü koronavirusdan öldü – İRANDA

Ekspertlər Şurasının üzvü koronavirusdan öldü – İRANDA

DÜNYA

744

16.03.2020, 15:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranda Ekspertlər Şurasının üzvü Haşim Bəthayi koronovirusdan ölüb.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilir ki, o, iki gün əvvəl yerləşdirildiyi Qum şəhər “Şəhid Beheşti” xəstəxanasının reanimasiya şöbəsində koronavirusdan həyatını itirib.

Qeyd edək ki, İranın Ekspertlər Şurası ölkədə dini liderin seçilməsini və onun fəaliyyətinə nəzarəti həyata keçirən qurumdur. Şuranın 87 üzvü var.

Xatırladaq ki, İranda koronavirusa ilk yoluxma faktı fevralın 19-da Qum şəhərində qeydə alınıb. Ölkədə, ümumilİkdə, 13938 nəfər koronavirusa yoluxub, onlardan 724 –ü bu virusdan ölüb.