Dünya bazarlarında neft ucuzlaşıb
26 Oktyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
776
16.03.2020, 10:58
"Bunun üçün Azərbaycan rəsmi müraciət etməli, koronavirusla mübarizə, həm də dəymiş ziyanla əlaqədar iş planı tərtib etməlidir”.
Sfera.az-a açıqlamasında bu sözləri bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirusa görə dəymiş ziyanla bağlı kiçik və orta müəssisələrə güzəşt və maddi yardımların edilməsi vacibliyinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"ABŞ, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu dəymiş ziyanı ödəmək üçün kifayət qədər böyük məbləğlər ayırıb. Hansı ölkələr ki, bununla bağlı öz müraciətlərini daha tez, qaydalara uyğun və keyfiyyətli şəkildə hazırlayacaqsa, ABŞ, Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan yardım ala bilər. Hələlik, virus təhlükəsi Azərbaycanda elə də böyük deyil. Bununla belə yayılma ehtimalı çox güclüdür. Çünki virusa tutulanların sayı artır. Bu fonda aydın məsələdir ki, koronavirus təhlükəsi eyni zamanda sahibkarlığa da, xüsusən də kiçik və orta sahibkarlıq subyektlərinə müəyyən ziyanlar vurur”.
Məsələnin ciddiliyini nəzərə alaraq, həmsöhbətimiz bu barədə hökumətin beynəlxalq maliyyə qurumlarına müraciət etməsini vacib sayır: "Ölkəmizin dövlət strukturları tərəfindən qısa zamanda yardımla bağlı ABŞ-a, Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna keyfiyyətli hazırlanmış bir müraciət təşkil olunmalıdır”.
N. Cəfərlinin fikrincə, Azərbaycan daxilində də virusdan zərər görən biznes sahələrinə yardım üçün fond yaradılmalıdır:
"Ölkə daxilində dövlət büdcəsindən, yaxud da Səhiyyə Nazirliyinin büdcəsindən müəyyən vəsait ayrılmalı, müəyyən fond yaradılmalıdır ki, orada cəmlənən pullar hesabına həm karantin işləri keyfiyyətli görülsün, həm də biznesə dəyən ziyana görə onlara da maddi yardım edilsin. Yoxsa, bir sıra turizm obyektləri yaranmış vəziyyətdə bağlana bilər. Yəni iqtisadi baxımdan virusdan ziyan görən müəssisələrə yardım üçün müəyyən vəsaitlər indidən ayrılmalı və onun normal xərclənməsi mexanizmi qurulmalıdır. Sözsüz ki, bu vəsaitlər də zərər çəkən sahibkarlıq subyektlərinə kiçik faizlərlə, hətta faizsiz verilməlidir. Həmçinin ziyan görən müəssisələr müvəqqəti olaraq vergilərdən də azad edilə bilər”.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.