TƏCİLİ! Oktay Saral getdi -RƏSMİ
26 Oktyabr 2026, 13:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
593
13.03.2020, 16:00
Çində COVID-19-a ilk yoluxma halı 2019-cu ilin noyabr ayının 17-də Hubeydə qeydə alınıb.
Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, tibbi işçiləri yeni virusla üzləşdiklərini yalnız dekabrın sonlarında başa düşüblər.
Bundan əvvəl COVID-19-a ilk yoluxmanın rəsmi olaraq 2019-cu ilin dekabr ayında Uhanda qeydə alındığı bildirilirdi. Hesab olunurdu ki, yoluxma ekzotik heyvanlar və onların ətlərinin satıldığı yerli bazardan başlayıb. Ehtimala görə, virus insana heyvandan keçmişdi.
Ekspertlər belə hesab edirlər ki, əslində, yoluxma daha əvvəl başlayıb, lakin rəsmi olaraq təsdiq olunmayıb.
"South China Morning Post"un məlumatına görə, 2019-cu ildə azı 266 nəfər koronavirusa yoluxub və müəyyən müddət həkimlərin nəzarətində olub.
İlk yoluxan şəxsin Hubeyin 55 yaşlı sakini olduğu düşünülür. O, noyabrın 17-də həkimə müraciət edib.
Bundan sonra hər gün 1-5 yeni yoluxma halı qeydə alınmağa başlayıb. Dekabrın 15-də yoluxma hallarının sayı 27-yə, həmin ayın 20-də isə 60-a yüksəlib.
Dekabrın 27-də Hubey xəstəxanalarından birinin həkimi Çjan Tszisyan Dövlət Səhiyyə Komitəsinə yeni tip koronavirus barədə məlumat verib. Həmin vaxta kimi artıq 180-dən çox insan xəstəliyə yoluxmuşdu. Cari ilin yanvarın 1-də isə bu göstərici 381-ə yüksəlmişdi.
Bununla yanaşı, Uhan administrasiyası yanvarın 11-də regionda cəmi 41 yoluxma halının olduğunu bəyan etmişdi.
Hazırda infeksiyanın mənbəyini tapmaq üçün alimlər "sıfır saylı pasiyent"in kimliyini müəyyənləşdirməyə çalışırlar.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.