Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
632
07.03.2020, 11:24
Bakıda tək yaşayan yaşlı kişiyə baxan qonşu və sonradan gəlib babaya sahib çıxan nəvələr arasında ev üstündə məhkəmə çəkişməsi gedir.
"Ölkə.Az" xəbər verir ki, qafqazinfo-ya müraciət edən ailənin gəlini Fatmaxanım Qasımova bildirib ki, neft şirkəti həyat yoldaşı Riyad Qasımovun babası Qayfətullah Xəlilova 1972-ci ildə ev verib:
“Onun bir qızı olub, o da ailəsi ilə birgə Türkiyədə yaşayır. Baba isə o evdə tək qalıb. Onun qonşusu Ziyafət Cəlilova 2007-ci ildə yoldaşımın babası ilə himayədarlığa dair müqavilə imzalayıb.
Müqaviləyə görə, baba ölənə kimi ona baxacaq və o, öləndən sonra ev Ziyafətə qalacaq. 2007-ci ildə biz evlənəndə gəlib babaya dəvətnamə vermək istədik. Onda qonşu Ziyafət bizimlə dava etdi, polis çağırdı. Gördü ki, babanın yanına gəlib-gedirik, qorxdular ki, evi alarıq.
2014-cü ildə Ziyafət “JEK”dən saxta arayış alıb ki, babanın evində heç kim qeydiyyatda deyil. Bundan sonra həmin ev üçün öz adına çıxarış da alıb. Ardınca da Ziyafət babanın xəbəri olmadan evi “Accessbank”a girov qoyaraq, oğlu Azər Hüseynovun adına kredit götürüb.
Kredit müqaviləsində babamın imzası olmayıb. Bank özü isə notariusda bunu yoxlatdırmayıb, saxta arayış əsasında onlara 200 min manat kredit verib. Sonra biz gəlib babanın evində yaşadıq, ev də onun qızı, yəni mənim qayınanamın adına keçirildi. 2018-ci ildə isə baba rəhmətə getdi”.
Bundan sonra bank kredit götürən Azər Hüseynov və ona zamin duran anası Zifayət Cəlilovanı məhkəməyə verib:
“Lakin məhkəmə qərar verib ki, qalan 60 min manat borca görə bizim ev satılsın. Biz indi Ali Məhkəməyə müraciət etmişik və tələb edirik ki, kreditə görə bizim ev hərraca çıxarılıb satılmasın. Çünki krediti nə biz, nə də babam götürüb. Heç imzası da olmayıb.
Saxta sənədlərlə verilən kreditə görə niyə biz küçədə qalmalıyıq? Zifayət Cəlilovanın Saray qəsəbəsində böyük bir villası var, krediti o götürdüyü üçün hərrac da onun əmlakına yönləndirilsin. Xahiş edirəm, məsələ ictimailəşsin ki, bu işə düzgün baxılsın”.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.