Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1586
05.03.2020, 13:16
Həmçinin oxu: İran səfirliyi təcili məlumat yayıb: "Azərbaycan ərazisinə daxil olmasına icazə vermir”
SOCAR işçilərinin evdən işləməsi kütləvi hal almayıb və bu onların məzuniyyətə buraxılması demək deyil.
Oxu24.com xəbər verir ki, Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, "SOCAR Tower"də işçilər açıq ofis - ümumi koridor (open plan office) prinsipi ilə çalışdığından qabaqlayıcı tədbirlər görülür: "İnsanların qapalı şəraitdə çoxlu sayda toplanmaması və yoluxma riskinin azaldılması məqsədi ilə toplantılar, təlimlər, görüşlər, riskli yerlərə ezamiyyətlər məhdudlaşdırılıb.
Eyni zamanda, işçilərimiz binaya həkim nəzarəti altında daxil olurlar. Həkimlər teplovizorlu hərarəti ölçən cihazla təmin olunublar. Burnu axan, hərarəti olan və ya riskli yerlərdən ezamiyyətdən qayıdan işçilərin evdən işləməsinə icazə verilmişdir. Onların evdən işləməsinə nəzarət birbaşa xətti rəhbərlərinə tapşırılmışdır. Yəni məsafədən də olsa, onlar əsas funksiyalarını və səmərəlilik göstəricilərini yerinə yetirməlidirlər. Bu dünyada qəbul olunmuş təcrübədir. İşçilər kompüter vasitəsilə evdən işləyə bilir və öhdələrinə düşən funksiyaları icra edirlər. Biz də elektron sənəd dövriyyəsi sisteminin şirkətimizdə tam tətbiq olunduğunu nəzərə alaraq, ilk dəfə olaraq, lazım olduğu təqdirdə işçilərimizin bir qismi üçün bu imkanı yaratmışıq. Amma bugünkü məlumata görə, işçilərin hamısı iş yerlərindədir, çünki heç kim qaytarılmayıb”.
SOCAR rəsmisi bildirib ki, beləliklə, şirkət işini normal rejimdə davam etdirir: “Bu tədbirlərin təsirindən istehsal göstəricilərində hər hansı dəyişkənlik gözlənilmir.”
Qeyd edək ki, SOCAR ilk dəfə Çində yayılmış koronavirus (SARS CoV - 2) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə beynəlxalq təcrübə əsasında qabaqlayıcı tədbirlər görməyə başladığı barədə martın 3-də məlumat yaymışdı.
Günün təklif olunan videosu:
20:30 / 26 Oktyabr 2026
5
20:26 / 26 Oktyabr 2026
22
20:17 / 26 Oktyabr 2026
22
20:07 / 26 Oktyabr 2026
58
19:57 / 26 Oktyabr 2026
46
19:43 / 26 Oktyabr 2026
70
19:17 / 26 Oktyabr 2026
65
19:00 / 26 Oktyabr 2026
69
18:47 / 26 Oktyabr 2026
79
18:36 / 26 Oktyabr 2026
92
18:20 / 26 Oktyabr 2026
85
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
165
17:01 / 26 Oktyabr 2026
116
17:00 / 26 Oktyabr 2026
334
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
91
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
114
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
296
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
338
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.