Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
771
04.03.2020, 16:19
Əvvəllər ildə ən azı bir dəfə Azərbaycanda əfv sərəncamı imzalanardı. Bu sərəncamlarla yüzlərlə məhbus azadlığa çıxar, neçə-neçə ailəyə sevinc bəxş olunar, xeyli sayda məhbusun cəzası yüngülləşdirilərdi. Artıq 1 ildir ki, Azərbaycanda əfv sərəncamı imzalanmır.
Buna səbəb nədir? Novruz bayramında "tilsimi" qırmaq mümkün olacaqmı?
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yenisabah.az"a açıqlamasında Novruz bayramında əfv sərəncamının olmayacağını deyib: "Bu il fevral ayının 9-da nəvbədənkənar parlament seçkiləri keçirildiyinə görə Əfv Komissiyasının iclasları keçirilmədi. Yəqin ki, Novruz bayramında əfv sərəncamı imzalanmayacaq. Ancaq inanıram ki, cənab Prezident il ərzində məhkum ailələrini sevindirəcək, sərəncam imzalayacaq. Onsuz da Azərbaycanda qanunvericiliyin dinamikləşdirilməsi istiqamətində mühüm addımlar atılır və yeni qanunlar qəbul olunur. Ötən il məhkəmə - hüquq islahatlarının keçirilməsi ilə bağlı prezidentin fərmanı odu. Orda göstərilir ki, cəzaların dekriminallaşdırılması istiqamətində qanunvericilikdə dəyişikliklər hazırlansın. Bununla bağlı müəyyən təkliflər hazırlanıb. Həmin təkliflər qəbul olunduqdan sonra Əfv Komissiyasında da həmin qanunlar tətbiq olunacaq. Əfv verilməsə də, komissiyanın struktur bölmələri işləyir, ərizələr qəbul olunur, şikayətlərə baxılır. Sadəcə, Əfv Komissiyasının iclasları sədr tərəfindən çağırılır. Ancaq məlum olduğu kimi, hazırda sədr postu boşdur, yəqin ki, sədr təyin olunandan sonra komissiyanın iclasları keçiriləcək".
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.