Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyənin Səhiyyə naziri koronavirusa görə Oqtay Şirəliyevə zəng etdi

2020/02/25/1582606411_2020-01-30-08-59-31gldmlmgbcxzrqrglidsb_file.jpg

CƏMİYYƏT

750

25.02.2020, 08:51

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı olub.
Oxu24.com xəbər verir ki, bu barədə Fahrettin Koca sosial şəbəkədəki hesabında yazıb. Türkiyənin Səhiyyə naziri qeyd edib ki, danışıqlar koronavirusla əlaqədar olub:
"Dostumuz, Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyevlə telefon əlaqəsi yaratdıq. Qonşu ölkələrdə yaşanan koronavirusa qarşı mübarizə aparmaq üçün Türkiyə və Azərbaycan olaraq görəcəyimiz tədbirlər haqqında müzakirələr etdik.