Otlaq sahələri əkin üçün istifadə edilə bilərmi?
02 Fevral 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
530
24.02.2020, 18:12
Yəqin ki, "Əhməd haradadır" filmindəki bu epizod əksəriyyətinin xatirindədir. Çantaları dəyişik düşən filmin qəhrəmanları tapıntılar bürosuna üz tutur. Bu büro indi də fəaliyyət göstərir. Amma daha müassir formada...
Oxu24.com xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı sujet yayımlanıb.
İtkinin ucuzu bahası olmur. Amma tapıldıqda sevincləri eynidir. Amma əksəriyyət itirdiyini harda və necə tapacağından xəbərsizdir.
Bunlar tapıntılar bürosunda olan vətəndaşlara məxsus rəsmi sənədlərdir ki, hələ də sahiblərini gözləyir. İçərisində müxtəlif növ əşya, telefon, doğum haqqında, ölüm haqqında şəhadətnamə, hərbi bilet, sürücülük vəsiqəsi, eyni zamanda şəxsiyyət vəsiqələri var ki, hamısı Baki şəhər Baş Polis İdarəsinin nəznindəki Tapintilar Bürosundadır və hər gün bura yüzlərlə sənəd daxil olur.
Həmçinin oxuyun
Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Təkcə ötən il, tapıntılar bürosuna 3600 vətəndaş müraciət edib. Bizim tərəfdən hər bir müraciət müvafiq qaydada cavablandırılıb. Təkcə 400 müraciətin itirdiyi əşya sənəd tapılaraq sahibinə qaytarılıb".
2006-cı ildən daha çevik və operativ formada fəaliyyət göstərməsinə baxmayaraq, bu büronu tanıyan elə də çox deyil. Büroya daxil olan mürəciətlərə 10 gün müddətinədək, xüsusi yoxlama aparılması zəruri hesab edilməyən hallarda isə 3 iş günü ərzində baxılır.
Sakin: "Hərbi komissarlıqdan, dedilər ki, get ora, Tapıntılar Bürosuna müraicət elə, tapılması üçün lazımi tədbirlər görüləcək".
Elşad Hacıyev - BŞBPİ-nin mətbuat ximdətinin rəisi: "Hər hansı bir yerdə unudulan sənədi ayrı-ayrı orqanlara yox, məhz ixtisaslaşmış tapıntılar bürosuna və yaxud, müvafiq polis orqanına təqdim etməklə bizə göndərsinlər və ya bizə gətirib versinlər, bu formada biz onlara kömək olaq".
Tapıntılar bürosu iş günləri saat 10.00-dan 19.00-dək, şənbə günləri isə saat 10.00-dan 18.00-dək fəaliyyət göstərir.
23:44 / 02 Fevral 2026
108
23:39 / 02 Fevral 2026
103
23:34 / 02 Fevral 2026
99
23:29 / 02 Fevral 2026
119
23:21 / 02 Fevral 2026
109
23:08 / 02 Fevral 2026
593
22:58 / 02 Fevral 2026
139
22:53 / 02 Fevral 2026
708
22:41 / 02 Fevral 2026
105
22:38 / 02 Fevral 2026
88
22:33 / 02 Fevral 2026
84
22:27 / 02 Fevral 2026
1952
22:21 / 02 Fevral 2026
151
22:05 / 02 Fevral 2026
964
21:40 / 02 Fevral 2026
1175
21:34 / 02 Fevral 2026
300
21:21 / 02 Fevral 2026
625
21:09 / 02 Fevral 2026
235
21:05 / 02 Fevral 2026
685
20:58 / 02 Fevral 2026
98
20:54 / 02 Fevral 2026
117
20:53 / 02 Fevral 2026
117
20:51 / 02 Fevral 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.