Qaynar xətt:

(+99450) 247 90 86

Metro istifadəçilərinə - ŞAD XƏBƏR

Metro istifadəçilərinə - ŞAD XƏBƏR

CƏMİYYƏT

566

21.02.2020, 15:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək”.

Oxu24.com   bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəyə ümumilikdə, 20 vaqonun gətirilməsi gözlənilir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək".


Xatırladaq ki, ötən il oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan "Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub. (report)