Təzə bişmiş şirniyyat qoxusunun insan davranışına təsiri var - Maraqlı araşdırma
20 Noyabr 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
847
17.02.2020, 23:37
Qoç - işgüzar münasibətlər həddən artıq ehtiyatlı davranış tələb edir. Mənfi təsir altına düşməyin, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Belə çətin situasiyada düşünülməmiş addımlar yolverilməzdir. Şirin vədlər verən, yaxşı tanımadığınız insana inanmağınıza az qalanda bu sözləri unutmayın.
Buğa - uğurlu, harmonik və irəliləyişlər vəd edən gündür. İşdə əhəmiyyətli uğura nail ola bilərsiniz. Rəqibləri üstələmək, qarşınıza qoyduğunuz məqsədə doğru ciddi addımlar atmaq, önəmli və perspektiv layihədə təkana nail olmaq üçün səbrli, soyuqqanlı olun.
Əkizlər - özünüzü qoruyun, səhhətinizə fikir verin. Nasazlıq, soyuqdəymə, zökəm, xroniki ağrıların kəskinləşməsi ehtimalı var. Səfərdəsinizsə, yaxşı bələd olmadığınız marşrutla hərəkət edirsinizsə, xüsusilə ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri altında olan daha bir yaşam sahəniz maliyyədir.
Xərçəng - uğurlu və xoş gündür. Məqsədə çatmaq üçün qan-tər tökərək çalışmaq gərək deyil. Qələbəyə nail olmaq asandır. Yetər ki, fəndgir və soyuqqanlı olasınız. İdeyanızı həmkarlarınızla yanaşı, nüfuzlu şəxs də dəstəkləyəcək. Planları dərhal həyat keçirməyə başlayaraq ən yaxşı nəticəyə nail ola bilərsiniz.
Şir - müstəqil iş əhəmiyyətli nailiyyətlər vəd edir. Yaradıcı peşə sahibləri istedad və bacarıqlarını tam izhar etməyə imkan verən təklif ala bilərlər. Ailədəki münasibətlər normallaşır, ümumi problemi həll etmək üçün birləşmə imkanı yaranır. Uzaqda yaşayan qohumlarla münasibətlərdə çətinliklər var. Qarşılıqlı anlaşma əldə etmək gərəkdir.
Qız - düşünülməmiş, gərəksiz xərclərə yol verməyin. Başqalarına imkan verməyin ki, pullarınıza ağalıq etsinlər. Günün ikinci yarısı uğurlu, əlverişli vaxtdır. Peşəkar irəliləyişə nail olacaqsınız. Yeni layihə ilə bağlı işlərə başlayın. Şəxsi münasibətlərdə ciddi problemlər olmayacaq. İstənilən çətin vəziyyətdən çıxış yolu var.
Tərəzi - müstəqil fəaliyyət göstərməklə yanaşı, səlahiyyətlər və işinizin bir qismini etibar etdiyiniz insana həvalə etsəniz, uğur əldə edəcəksiniz. Ən çətin, maraqsız işləri tapşırmağa adam tapılacaq. Maraqlı və yaradıcı işlərlə məşğul olun. Yaxşı nailiyyətlər əldə etməklə yanaşı, yeni və dəyərli müttəfiqlər qazana bilərsiniz.
Əqrəb - maliyyə məsələlərindəki durum yaxşı deyil. Situasiyanı şübhəli anlaşma, razılaşma və ya avantüralar vasitəsilə düzəltməyə çalışmayın. Daha əlverişli şəraiti gözləyin. Şəxsi münasibətlər sahəsində durum yaxşıdır. Qarşılıqlı anlaşma, təmənnasız dəstək zamanıdır.
Oxatan - Gəlir, karyera inkişafı istisna deyil. Şəxsi münasibətlərdə situasiya əverişlidir. Sizi sevir, sizə diqqət yetirir, anlayırlar. Səfər, səyahət və ailəvi istirahət üçün yaxşı gündür. Yaxşı əhval və nikbinliyi qorumaq çətin deyil. Romantik münasibətlər ciddiləşir. Sizi nə məhdudiyyətlər, nə yeni öhdəliklər saxlaya bilməz.
Oğlaq - işdə situasiya asan olmasa da, pozitiv təmayüllər tədricən güclənir. Rəhbərliklə ciddi məsələləri müzakirə etmək, tərəfdaş və ya şəriklə situasiyanı nəzərdən keçirmək gərəkdir. Tələskənliyə yol verməyin, tamahkar olmayın.
Dolça - işgüzar fəaliyyət baxımından yaxşı gündür. Maddi durumunuzu möhkəmləndirməklə yanaşı, əməkdaşlığın yeni şərtlərini tərəfdaşlarla müzakirə edə bilərsiniz. Ətrafınızdakı insanları planınız çərçivəsində işləməyə sövq etmək çətin deyil. İzafi məsuliyyət və gərəksiz təlaşa ehtiyac yoxdur.
Balıqlar - yaxınlarınıza həddən ziyadə diqqətli olun. Yalnız öz maraqlarınızı düşünərək mənafelərinizi təmin etməyə çalışsanız, mühüm nüansı nəzərdən qaçıracaqsınız. Sevdiyiniz insanla münasibətlərdə sərinlik istisna deyil. Planların müzakirəsi kəskin mübahisəyə səbəb ola bilər. Sinirli və emosional vəziyyətdə gərəksiz sözlər söyləməmək üçün istənilən situasiyada təmkinli, soyuqqanlı davranın.
21:21 / 20 Noyabr 2026
1
20:50 / 20 Noyabr 2026
78
20:40 / 20 Noyabr 2026
121
20:33 / 20 Noyabr 2026
93
20:25 / 20 Noyabr 2026
157
20:25 / 20 Noyabr 2026
97
20:20 / 20 Noyabr 2026
98
20:18 / 20 Noyabr 2026
91
20:06 / 20 Noyabr 2026
97
20:02 / 20 Noyabr 2026
566
20:01 / 20 Noyabr 2026
91
19:50 / 20 Noyabr 2026
115
19:50 / 20 Noyabr 2026
98
19:46 / 20 Noyabr 2026
101
19:37 / 20 Noyabr 2026
127
19:37 / 20 Noyabr 2026
1057
19:29 / 20 Noyabr 2026
96
19:23 / 20 Noyabr 2026
109
19:23 / 20 Noyabr 2026
101
19:16 / 20 Noyabr 2026
105
19:06 / 20 Noyabr 2026
102
18:57 / 20 Noyabr 2026
663
18:39 / 20 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.