Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı məşhuru Kiyevə buraxmadılar - maraqlı səbəb

Azərbaycanlı məşhuru Kiyevə buraxmadılar - maraqlı səbəb

CƏMİYYƏT

1098

17.02.2020, 23:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna KİV-lərinin yaydığı məlumata görə, blogeri səfərinin məqsədini bildirmədiyi üçün ölkəyə buraxmayıblar. Hüseyn Həsənov özü isə başqa səbəb göstərib.

Azərbaycan əsilli məşhur rusiyalı bloger Hüseyn Həsənovu izləyicilərinin sayının çox olması səbəbindən Kiyevə buraxmayıblar.

Bu barədə Həsənov özünün "Instagram" səhifəsində yazıb. Həsənov altı saat Kiyev aeroportunda vaxt keçirəndən sonra geri qayıtmaq məcburiyyətində qalıb.

"Kiyev, mən söz vermişdim və gəlmişdim. Təəssüf ki, qayıtmaq lazım gəldi. Bilirsiniz, onlar səbəbi nə ilə izah etdilər? Həddindən artıq izləyicim var. Onlar sirr üçün dedilər ki, əgər 800 min izləyicim olsaydı, onda məni Kiyevə buraxardılar", - deyə Həsənov bildirib.(Sputnik Azərbaycan)