Bu gün Gənclər Günüdür
02 Fevral 2026, 00:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
530
17.02.2020, 12:31
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Oxu24.com xəbər verir ki, bunu APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol iki hərəkət zolağı enində genişləndirilir:
“Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələri qazılıb çıxarılıb. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılıb. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir”.
Həmçinin oxuyun
Yolun genişləndirilməsi nəticəsində Dövlət Yol Polisinin "Ekologiya postu"nun söküləcəyi və yerinin dəyişdiriləcəyi barədə yayılan məlumatları APA-ya şərh edən BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yolun genişləndirilməsi ilə əlaqədar "Ekologiya postu"nun ərazisinin yol istiqamətinə düşən hissəsi söküləcək:
“Postun ərazisi bir az geriyə çəkiləcək. Postun tam söküləcəyi ilə bağlı məlumatlar isə yanlışdır. Hələlik postun ərazisində söküntü işlərinə başlanmayıb”.
00:13 / 02 Fevral 2026
66
23:54 / 01 Fevral 2026
1054
23:52 / 01 Fevral 2026
225
23:20 / 01 Fevral 2026
181
23:06 / 01 Fevral 2026
219
21:19 / 01 Fevral 2026
387
20:51 / 01 Fevral 2026
414
20:44 / 01 Fevral 2026
581
20:40 / 01 Fevral 2026
416
20:19 / 01 Fevral 2026
523
19:59 / 01 Fevral 2026
2185
19:31 / 01 Fevral 2026
533
19:04 / 01 Fevral 2026
293
17:55 / 01 Fevral 2026
247
17:21 / 01 Fevral 2026
3127
17:19 / 01 Fevral 2026
264
17:04 / 01 Fevral 2026
244
16:49 / 01 Fevral 2026
594
16:47 / 01 Fevral 2026
177
16:26 / 01 Fevral 2026
319
16:14 / 01 Fevral 2026
259
16:06 / 01 Fevral 2026
791
15:51 / 01 Fevral 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.