Təzə bişmiş şirniyyat qoxusunun insan davranışına təsiri var - Maraqlı araşdırma
20 Noyabr 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
898
16.02.2020, 21:16
Oruc - elə bir ibadətdir ki, axirətdə insanı atəşdən qoruyan qalxana çevriləcək və oruc tutan bəndəni qoruyacaqdır.
Bundan başqa, oruc tutan insan şeytanı özündən uzaqlaşdırmış olar. Şeytan adətən insan bədənində qan kimi dövr edər. Ancaq aclıq səbəb olar ki, bu şeytanlar həmin bədəni tərk etsinlər. Amma bu, elə-belə aclıqla olmur. Yalnız Allaha xatir insanın müəyyən şeylərdən imtina etməsi - hansı ki, digər vaxtlarsa bunların çoxu insana halaldır - şeytanı (lən) insandan xaric edər.
Əbu Hamid Qəzzali oruc haqqında deyir: "Bil ki, oruc üçün üç dərəcə
vardır:
- Ümumi oruc;
- Xüsüsi oruc;
- Ən xüsusilərin orucu.
Ümumi oruc dedikdə o nəzərdə tutulur ki, yemək və içməkdən çəkinəsən.
Xüsusilərin orucu odur ki, gözünü, qulağını, dilini, əlini və bədənin bütün üzvlərini günahdan saxlayasan.
Ən xüsusilərin orucu odur ki, insan qəlbi ilə oruc tutar və dünyanın nə qədər alçaq bir yer olduğunu dərk edər. O, iftar etməkdən daha çox, din və axirət məsələlərinə diqqət edər və dünyadan axirəti üçün azuqə toplamaqla məşğul olar.
Hədislərimiz buyurur ki, beş şey insanın orucunu batil edər: yalan, qeybət, söz gəzdirmək, yalandan and içmək və şəhvətlə baxmaq.
Oruc tutan insan gərək gözünə, qulağına və başqa bədən üzvlərinə nəzarət etsin və özünü naməhrəmlərin haram baxışlarından və batil sözlərdən qorusun. Oruc tutan insan dilinə nəzarət etməlidir ki, qeybət etməsin, böhtan atmasın və yersiz sözlər danışmasın. İftarını açan zaman həddini aşmasın və israf etməsin. Şübhəli qidalardan çəkinsin.
İnsan qəlbi iftar etdikdən sonra ümid ilə qorxu arasında qalar. Düşünər ki, görəsən orucum qəbul olub, yoxsa yox.
Beləliklə, deyə bilərik ki, oruc dərəcələrə malikdir. Ümumi oruc, xüsusi oruc və xas insanların orucu. Əgər adi insan ancaq yemək və içməyini kəsməyi oruc hesab edirsə, xüsusi insanlar oruc zamanı bütün bədən üzvlərinə nəzarət edərlər. Xas insanlar isə qəlbləri ilə oruc tutarlar və Allahla rabitə qurarlar.
Həzrət Peyğəmbər (s) buyurur ki, mömin o zamana qədər ki, qeybət etməz - ibadət halında olar. Bundan başqa, orucu pozan rəzil sifətlər vardır ki, hər biri insanın oruc məqamını aşağı salar və onu dünyaya bağlayar. O cümlədən: şəhvətli baxışlara malik olmaq, bütün şərlərin açarı olan yalan danışmaq və yalandan şəhadət vermək, söz gəzdirmək...
Orucun sirri ondadır ki, tək ibadətdir ki, ondan bir bəndə xəbərdar olar, bir də Allah. Bu, elə ibadətdir ki, insanı riyadan saxlayar, əlbəttə ki, əgər dilinə hakim olarsa. (Beytutə)
Oruc insanın həm cismini və həm də ruhunu islah edər və onu paklayıb, təharətli edər. İnsan oruc vasitəsilə çox sayda xəstəliklərdən uzaq olar və ruhu rahatlıq tapar.
Allahla arasında olan pərdələr aradan qalxar və Allah insana rəhmət nəzəri salar. Hər kimə ki, Allah rəhmət nəzəri salar - həmin bəndə Allahın dostlarından olar.
21:48 / 20 Noyabr 2026
1
21:21 / 20 Noyabr 2026
58
20:50 / 20 Noyabr 2026
104
20:40 / 20 Noyabr 2026
126
20:33 / 20 Noyabr 2026
97
20:25 / 20 Noyabr 2026
177
20:25 / 20 Noyabr 2026
100
20:20 / 20 Noyabr 2026
103
20:18 / 20 Noyabr 2026
95
20:06 / 20 Noyabr 2026
99
20:02 / 20 Noyabr 2026
616
20:01 / 20 Noyabr 2026
95
19:50 / 20 Noyabr 2026
117
19:50 / 20 Noyabr 2026
102
19:46 / 20 Noyabr 2026
105
19:37 / 20 Noyabr 2026
131
19:37 / 20 Noyabr 2026
1110
19:29 / 20 Noyabr 2026
100
19:23 / 20 Noyabr 2026
111
19:23 / 20 Noyabr 2026
103
19:16 / 20 Noyabr 2026
108
19:06 / 20 Noyabr 2026
107
18:57 / 20 Noyabr 2026
679
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.