Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası
20 Noyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
786
08.02.2020, 13:44
İstanbulda qəzaya düşən sərnişin təyyarəsində həlak olan 3 qadından biri də Alev Gençoğlu olub.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, onu bu ölümə belə demək olarsa, təsadüflər aparıb. Belə ki, əvvəlcə İstanbula aldığı biletinin vaxtını dəyişən qadın daha sonra da təyyarədəki yerini 11-dən hava gəmisinin parçalandığı hissəyə, yəni 6-cı sıraya dəyişib.
Mühasib olan Gençoğlunun bir müddətdir ki, təqaüdə çıxdığı bildirilir. Dünən dəfn edilən qadının pilot qardaşı onunla son söhbətini belə xatırlayır:
"Mən ona İstanbulda həkimə getməsini tövsiyə etsəm də, tanıdığı həkimin İzmirdə olduğunu dedi. Geriyə bilet saat 21:00-a idi. Ancaq bacım işi tez bitdiyi və axşam qar yağacağı üçün biletini 17:00-a dəyişdi. Gecəyə qalmaq istəmirdi".
Xatırladaq ki, fevralın 5-də "Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər (Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt) həyatını itirib, 179 nəfər xəsarət alıb.
Qeyd edək ki, qəzada ölən üç qadının da yanaşı əyləşdiyi bildirilir.
23:31 / 20 Noyabr 2026
34
23:23 / 20 Noyabr 2026
64
23:06 / 20 Noyabr 2026
80
22:45 / 20 Noyabr 2026
92
22:35 / 20 Noyabr 2026
90
22:22 / 20 Noyabr 2026
96
22:01 / 20 Noyabr 2026
106
21:52 / 20 Noyabr 2026
94
21:48 / 20 Noyabr 2026
93
21:21 / 20 Noyabr 2026
105
20:50 / 20 Noyabr 2026
140
20:40 / 20 Noyabr 2026
194
20:33 / 20 Noyabr 2026
124
20:25 / 20 Noyabr 2026
271
20:25 / 20 Noyabr 2026
133
20:20 / 20 Noyabr 2026
130
20:18 / 20 Noyabr 2026
122
20:06 / 20 Noyabr 2026
119
20:02 / 20 Noyabr 2026
850
20:01 / 20 Noyabr 2026
122
19:50 / 20 Noyabr 2026
145
19:50 / 20 Noyabr 2026
122
19:46 / 20 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.