4 yüksək rütbəli şəxs həbs olundu
23 Aprel 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1058
08.02.2020, 13:29
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumatına görə, fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən ölkə ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib.
Havanın temperaturu ötən günlə müqayisədə 18 dərəcə aşağı enib. Əgər dünən paytaxtda 22-25 dərəcə isti olubsa (bütün meteoroloji müşahidələrə görə, son dəfə 2002-ci ildə 23 dərəcə olub), fevralın 8-də səhər saatlarında 7 dərəcə isti qeydə alınıb.
Saat 12.00-a olan məlumata görə fevralın 8-i səhərədək Xaltan, Qırızda, Sarıbaşda 6 mm, Xınalıqda 5 mm, Ağdərədə 4 mm, Gədəbəydə 2 mm, Daşkəsəndə 1 mm miqdarında qar yağıb. Qar örtüyünün hündürlüyü Ağdərədə 36 sm, Sarıbaşda (Qax) 21 sm, Qrızda 13 sm, Xınalıqda 12 sm, Xaltanda 2 sm olub.
Həmçinin oxuyun
Qubada 9 mm, Ordubadda 7 mm, Qusar 6 mm, Göygöldə 5 mm, İsmayıllı, Kürdəmir, Lerikdə 4 mm, Naxçıvan, Şahbuz, Şamaxı, Beyləqan, Kişçay (Şəki), Şabranda 3 mm, , Ağdam, Balakən, Qəbələ, Zaqatala, Altıağac, Tərtər, Bərdə, Göyçay, Zərdab, İmişli, Ağsuda 2 mm, Bakı, Sumqayıt, Şərur, Ağstafa, Mərəzə, Şəki, Gəncə, Mingəçevir, Sabirabad, Neftçala, Cəfərxanda 1 mm yağış qeydə alınıb.
Qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Tovuzda 24 m/s, Salyan, Tərtərdə 23 m/s, Naftalan, Ağstafa, Bərdədə 20 m/s, Astara, Qrızda 18 m/s, Hacıqabulda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 16-20 m/s, arabir 23 m/s-dək güclənib.
Gözlənildiyi kimi, fevralın 8-də proses davam edərək, ayın 9-u və 10-da daha da əlverişsiz və kəskin olacaq, havanın temperaturu 0-a yaxınlaşacaq, gecə isə 1-4 dərəcə şaxta olacaq, yağış sulu qara, qara keçəcək, külək daha güclü olacaq.
22:09 / 23 Aprel 2026
1
22:03 / 23 Aprel 2026
12
21:58 / 23 Aprel 2026
19
21:55 / 23 Aprel 2026
17
21:53 / 23 Aprel 2026
57
21:51 / 23 Aprel 2026
43
21:45 / 23 Aprel 2026
34
21:39 / 23 Aprel 2026
33
21:37 / 23 Aprel 2026
405
21:27 / 23 Aprel 2026
121
21:16 / 23 Aprel 2026
46
21:00 / 23 Aprel 2026
175
20:34 / 23 Aprel 2026
167
20:26 / 23 Aprel 2026
113
20:00 / 23 Aprel 2026
83
19:49 / 23 Aprel 2026
67
19:33 / 23 Aprel 2026
86
19:17 / 23 Aprel 2026
91
19:09 / 23 Aprel 2026
91
18:54 / 23 Aprel 2026
195
18:44 / 23 Aprel 2026
93
18:28 / 23 Aprel 2026
160
18:18 / 23 Aprel 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.