4 yüksək rütbəli şəxs həbs olundu
23 Aprel 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
659
08.02.2020, 13:06
Havalar soyuduqca respirator viruslar, eləcə də qrip ştamları aktivləşir. Viruslara yoluxmamaq üçün nə etmək lazımdır?
Oxu24.com bəzi məsləhətləri təqdim edir.
1.Əllərinizi tez-tez yuyun
Çox sadə, banal səsələnsə də əllərini tez-tez yumaq viruslara qarşı effektiv metoddur. 80% infeksion xəstəliklər toxunma yolu ilə keçir. Yəni insan virus daşıyıcısı olan insana, o insanın toxunduğu əşyalara, məsələn nəqliyyatda tutacaqlar, qapılar, oturacaqlardan əlləri ilə virusu yaxalayır. Sonra əllərlə göz, ağız, burnuna toxunub zərərli mikroorqanizmləri daxilə keçirir. Ona görə çöldən evə gələn kimi, eləcə də ofisdə iş saatlarında hər 1 saatdan bir əllərinizi sabunla yusanız, xəstələnmək riski xeyli azalacaq.
Əllər sabunla 30 saniyə sürtülməlidir, sonra yuyulmalıdır. Daha sonra qurudulmalıdır. Əgər su yoxdursa, yanınızda 60% li spirt saxlayıb, əllərinizi və masanızı gündə 3 dəfə dezinfeksiya edin.
2. Antiseptik sprey alın
Bunlar aptek və mağazalarda satılır. Əgər işdə kimsə xəstələnibsə və siz o adama yaxınsızsız, birinci növbədə o da, siz də qoruyucu maska taxmalı, daha sonra bu spreylə hər 30 dəqiqədən - 1 saatdan bir əllərinizi, masanı silə bilərsiz.
Ətrafdakılar sizə paranoik kimi baxsalar da, qrip viruslarından qorunmağın yolu budur. Viruslar müxtəlif əşyaların səthində bir neçə saat yaşaya bilir.
3. Müxtəlif bitki və ədviyyatlı çaylar için
Viruslar burun və ağızla daha çox keçdiyi üçün orqanizm onunla mübarizə üçün burun axıntısını gücləndirir. Ona görə xəstələnəndə burun axması normaldır. Sizin vəzifəniz bacardıqca bu suyun yaranmasını artırmaqdır, bu da yalnız isti maye, çay və acılı bir qida qəbulu ilə mümkündür.
Ona görə zəncəfil, darçınlı çay, istiot qəbulu lazımdır.
4. Əlavə vitaminlər qəbul edin
Həmçinin oxuyun
Qriplə mübarizədə immuniteti gücləndirmək üçün ən lazımlı vitaminlər D və C vitaminidir. Əgər sizdə bu 2 vitaminin defisiti varsa, tez-tez xəstələnəcəksiniz. Analiz verib bu vitaminlərin orqanizmdə kifayət olub-olmadığını təyin edin və defisit aşkar olunduqda həkimin məsləhəti ilə vitaminləri qəbul edin.
5. Peyvənd etdirin
Adi zökəm, soyuqdəymə, respirator xəstəliklərdən peyvənd yoxdur. Çünki onun törədicisi 200 adda virusdan biri ola bilər. Amma konkret qrip ştamlarına qarşı peyvəndlər var, bir neçə ildən bir bu peyvəndlər yenilənir, gücləndirilir.
Qripdən qorunmaq üçün sentyabr ayından artıq vaksin vurdurmalısız. Bunun üçün özəl klinikalara müraciət edə bilərsiz. Vaksini oktyabrın 15-nə vurub bitirmək lazımdır. Qrip vaksini 6 aylıqdan 70 yaşa kimi hər kəsə oluna bilər.
6. Qidalanmanızı dəyişin
İmmuniteti qaldırmağın yolu qidalanmadan keçir. Tamdəyərli qidalanma, meyvə-tərəvəzləri qəbulu çox vacibdir.
Xəstələnsəm, nə edim?
Əgər qrip və zökəm varsa, özünüzü və ətrafdakıları qorumağın yeganə yolu həkimdən arayış alıb, evdə qalmaqdır. Bu ən azı 3 gün olmalıdır.
Əgər mütləq işə getməlisizsə, maska, spirt, dezinfeksiyaedici məhlul özünüzlə olsun. Ən yaxın kolleqa sizdən 1 metr yarım aralı olmalıdır. Kütlə arasında çox gəzməyin, uşaqlara toxunmayın.
Asqırıq və öskürəyi salfet və ya dəsmala edin. Dərhal əllərinizi spirtləyin.
Metro, avtobusda qorunmaq üçün fikir verin, xəstəhal, burun suyu axan kimsə varsa, ondan ən azı 2 metr aralı dayanın. Pəncərəyə yaxınsızsa, aralayın, təmiz hava gəlsin. Nəqliyyatdan çıxan kimi əllərinizi dezinfeksiya edin.
Natri xlor və ya burun yumaq üçün olan dəniz suyu alıb, hər gün 3-5 dəfə burnunuzu yuyun.
22:09 / 23 Aprel 2026
1
22:03 / 23 Aprel 2026
12
21:58 / 23 Aprel 2026
19
21:55 / 23 Aprel 2026
17
21:53 / 23 Aprel 2026
57
21:51 / 23 Aprel 2026
43
21:45 / 23 Aprel 2026
34
21:39 / 23 Aprel 2026
33
21:37 / 23 Aprel 2026
405
21:27 / 23 Aprel 2026
121
21:16 / 23 Aprel 2026
46
21:00 / 23 Aprel 2026
175
20:34 / 23 Aprel 2026
167
20:26 / 23 Aprel 2026
113
20:00 / 23 Aprel 2026
83
19:49 / 23 Aprel 2026
67
19:33 / 23 Aprel 2026
86
19:17 / 23 Aprel 2026
91
19:09 / 23 Aprel 2026
91
18:54 / 23 Aprel 2026
195
18:44 / 23 Aprel 2026
93
18:28 / 23 Aprel 2026
160
18:18 / 23 Aprel 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.