4 yüksək rütbəli şəxs həbs olundu
23 Aprel 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1019
08.02.2020, 00:11
Qoç - Bu gün qarşınıza çıxacaq maneə və sədləri dəf etməmiş sakitləşməyin. Problemlər həllini tapmasa, sonradan çox ağır fəsadlara çevrilə bilər. Məqsədə doğru inamla irəliləyin. Prioritetləri yeniləyin, yolları müəyyənləşdirin. Müşküllər hesab etdiyiniz qədər ağır deyil.
Buğa - Vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər.
Əkizlər - İntriqa və hiyləgərliklərə əl atmayın. Fırıldaq olarsa, üstü tezliklə açılacaq, naqolay vəziyyətə düşəcəksiniz. Şəxsi həyatınızda yaxşılığa doğru köklü dəyişikliklər ola bilər. Fəqət, bütün addımlarınız yüz ölçülüb bir biçilməlidir. Emosiya və hisslərin təsiri altında hərəkət etməyin. Baş verən olaylara rəğmən təmkinli və soyuqqanlı davranın.
Xərçəng - Peşəkar fəaliyyət baxımından çox uğurlu gündür. İşdəki nailiyyətlər əhəmiyyətlidir və diqqətdən kənar qalmayacaq. Yeni layihəyə başlamaq olar. Təsir gücü artıq olan insanlar bu layihəyə cəlb edilərsə, perspektivlər artır. Kiçik, amma gərəkli və vaxtında olan gəlirlər istisna deyil.
Şir - Uğurlu və düşərli gündür. Praktiki və praqmat olsanız, peşəkar fəaliyyət müstəvisindəki problemlərin öhdəsindən gələ bilərsiniz. Həmkarlarınızın əksəriyyətindən fərqli olaraq baş verənlərə real baxın, kobud səhvlərə yol verməyin. Mühüm sənədləri imzalamaq, uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq olar.
Qız - Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin.
Həmçinin oxuyun
Tərəzi - Asan və sadə gün deyil. Fəqət, narahat olmayın, yaranmış problemləri asanlıqla həll etmək mümkündür. İşgüzar danışıqlar aparmaq, yeni tərəfdaşlarla əməkdaşlıqla bağlı müzakirələrə varmaq olar. Həmfikir və müttəfiqləri asanlıqla tapmaq mümkündür. Nüfuzlu insanlar sizi dəstəkləyəcəklər.
Əqrəb - Xarici görünüş və imicinizə fikir verin. İşgüzar təmaslarla yanaşı, romantik münasibətlərdə də irəliləyiş olacaq. Axşam saatlarında etiraf eşidəcəksiniz. Telefon danışıqları çox vaxt alacaq. Onların əksəriyyəti faydasız olsa da, xoşdur.
Oxatan - Parlaq, yaddaqalan, hadisələrlə zəngin gün olacaq. İnformasiya axınında tez baş çıxarın, dürüst qərar verin. İşlərdə rəqibləri geridə qoymağa çalışın. Şübhə içində olan, yerində sayanlardan fərqli olaraq irəliyə doğru fəal hərəkət edin. Yaradıcılıq potensialı səviyyəsi çox yüksəkdir.
Oğlaq - Ünsiyyət üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla ixtilaf və fikir müxtəlifliyi yaransa belə, mübahisələrə imkan verməyin. Münaqişəli situasiyanı "rüşeym"indəcə həll edin. Peşəkar fəaliyyət müstəvisində yarana biləcək problemləri etibar etdiyiniz şəxslər, müttəfiqlərinizin dəstəyi ilə həll edin.
Dolça - Bu gün başlanacaq istənilən əməkdaşlıq məhsuldar və xoş olacaq. Romantik görüşlər üçün əlverişli zamandır. Təbii, səmimi olun, qarşı tərəfdə xoş təəssürat yaratmağa çalışın. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Balıqlar - Yeni iş və ya layihə uğurlu ola bilər. İşgüzar fəaliyyət və şəxsi münasibətlər baxımından əlverişli gündür. İntuisiyanıza güvənin. Faydalı, vaxtında söylənən məsləhətləri qulaqardına vurmayın. Uzunmüddətli planlar qurmaq, niyyətinizi dostlar və ailə üzvləri ilə müzakirə etmək olar.
22:09 / 23 Aprel 2026
1
22:03 / 23 Aprel 2026
12
21:58 / 23 Aprel 2026
19
21:55 / 23 Aprel 2026
17
21:53 / 23 Aprel 2026
57
21:51 / 23 Aprel 2026
43
21:45 / 23 Aprel 2026
34
21:39 / 23 Aprel 2026
33
21:37 / 23 Aprel 2026
405
21:27 / 23 Aprel 2026
121
21:16 / 23 Aprel 2026
46
21:00 / 23 Aprel 2026
175
20:34 / 23 Aprel 2026
167
20:26 / 23 Aprel 2026
113
20:00 / 23 Aprel 2026
83
19:49 / 23 Aprel 2026
67
19:33 / 23 Aprel 2026
86
19:17 / 23 Aprel 2026
91
19:09 / 23 Aprel 2026
91
18:54 / 23 Aprel 2026
195
18:44 / 23 Aprel 2026
93
18:28 / 23 Aprel 2026
160
18:18 / 23 Aprel 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.