İki vəzifəli şəxs işdən çıxarıldı, sabiq nazir müavini müşavir oldu
14 Aprel 2026, 16:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1610
10.01.2020, 18:03
Xəbər verildiyi kimi Tovuz rayonunun Dondar Quşçu kəndində ötən ilin noyabrından itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanı öldürən şəxs bu gün həbs edilib. Bu, həmin kəndin 47 yaşlı sakini İlkin Süleymanovdur. İlkin Süleymanov Quliyevlərin qonşusudur. Həmin adam azyaşlının meyitini ilk dəfə “aşkarlayıb” qonşusunu xəbərdar etmişdi.
“İlkin çölə çıxıb siqaret çəkməyə, görüb ki, o biri qonşunun hasarının dibində nəsə yanır, yaxınlaşıb. O da deyib birdən ev yanar, qonşunu çağırıb, deyib ki, hasarın böyründə nəsə yanır. O da torpaq töküb söndürüb. Sonradan görüblər ki, uşaq meyitidir. Polisə xəbər ediblər",- azyaşlının atası, heç nədən şübhələnməyən Şərif Quliyev bildirmişdi.
Əmisi isə açıqlamasında İlkindən şübhələnmədiklərini bildirmişdi. Bildirib ki, İlkinlə Nərmingilin evi arasında 500-600 metr məsafə var. “İlkin Şərif Quliyevlə bir oxuyub, münasibətləri yaxşıdır. Kənddə heç kim onu pis adam kimi tanımır”-əmi belə deyib.
İlkin Süleymanov Rusiya ali təhsil alıb, 3 dil bilir, kənddə valideynləri ilə birgə yaşayır. Atası məktəb direktorudur. Qatil Nərmini necə öldürdüyü ilə bağlı danışıb. İlkin Nərmini ailəsi ilə birgə yaşadığı evində gizlədib.
Həmçinin oxuyun
Virtualaz.org kənd sakinləri ilə söhbətləşib, onlar bu dəhşətli cinayət əməlini törədən manyakın kənd sakini olduğunu eşidəndə sarsıldıqlarını deyiblər. Və şübhəli şəxs qismində saxlanılan İ. Süleymanovun valideynləri ilə birgə yaşadığını deyiblər. Sakinlər iddia edirlər ki, əgər azyaşlı qızı 2 aydan çoxdur İlkinin yaşadığı evdə saxlanılırdısa onunla bərabər ailə üzvləri də bu cinayətə görə məsuliyyət daşıyırlar.
“İlkin Süleymanov subaydır, valideynləri ilə birgə yaşayır. Atası uzun illər kənddə fizika müəllimi işləyib, özü də çox əzazil adam olub. Hazırda yataq xəstəsidir. Anası da evdar qadındır, kişiyə qulluq edir. Onun gözündən heç nə yayına bilməz. Ola bilməz ki, uşaq evdə saxlanılıbsa valideyinlərin bu hadisədən xəbərdar olmasın”,-sakinlərdən biri belə deyib.
Sakinlər bildirirlər ki, İ. Süleymanov çox sakit insan olub və indiyə qədər heç kim ondan şübhələnməyib: “Həddindən artıq sakit, qapalı, fağır insandır. Həmişə də başıaşağı gəzərdi. Biz özümüz onun yerinə and içərdik ki, o belə hərəkət eləməz. Psixoloji problemləri varmış… Biz ona ən ağır cəzanın verilməsini istəyirik, qoy hamıya dərs olsun”, - Dondar Quşçu sakini bildirib.
Xatırladaq ki, 10 yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də itkin düşüb. Azyaşlının atası Şərif Quliyev saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və o, əmisinin evindən çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb. Ailə uşağı heç yerdə tapa bilməyəndən sonra polisə müraciət edib. Azyaşlının meyiti yanvar ayının 6-da axşam saatlarında tapılıb.
16:02 / 14 Aprel 2026
36
15:53 / 14 Aprel 2026
22
15:42 / 14 Aprel 2026
107
15:40 / 14 Aprel 2026
27
15:35 / 14 Aprel 2026
37
15:30 / 14 Aprel 2026
29
15:05 / 14 Aprel 2026
60
14:50 / 14 Aprel 2026
40
14:25 / 14 Aprel 2026
80
14:21 / 14 Aprel 2026
40
14:18 / 14 Aprel 2026
51
14:07 / 14 Aprel 2026
74
14:02 / 14 Aprel 2026
63
13:41 / 14 Aprel 2026
1032
13:39 / 14 Aprel 2026
47
13:36 / 14 Aprel 2026
51
13:32 / 14 Aprel 2026
45
13:29 / 14 Aprel 2026
163
13:18 / 14 Aprel 2026
83
12:59 / 14 Aprel 2026
77
12:20 / 14 Aprel 2026
251
12:09 / 14 Aprel 2026
2752
12:07 / 14 Aprel 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.