Niyaməddin Musayevin qızı hər şeyi DANIŞDI: "FHN-dən..." - ÖZƏL AÇIQLAMA +AUDİO
27 Yanvar 2026, 21:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
962
10.01.2020, 00:06
Qoç - Əsas probleminiz sanki başınıza göydən ələnən mənfi emosiyalardır. Bu zaman nəyin vacib, nəyin ikinci dərəcəli olduğunu təyin etmək çətin olur. Hər işi atıb, bütün dünyaya küsüb oturmaq istəyirsiniz. Bu istəyiniz o qədər güclüdür ki, ona müqavimət göstərməyə cəhd etmirsiniz.
Buğa - Qeybət və şayiələrdən uzaq olun. Sizin onları eşitməyinizin, yaxud da yaymağınızın heç bir fərqi yoxdur, qayda qaydadır: yoxlanmamış məlumat həmişə problem yaradır. Sevgililər, ər-arvad arasında mübahisələr mümkündür. Səbəb isə insanların bir-birlərinə güvənməmələridir.
Əkizlər - Şərait tədricən sabitləşir. Problem və çətinliklər barədə düşünmədən daha xoş hadisələrə köklənə bilərsiniz. Yaradıcı potensialınız artır. İstənilən işin qulpundan həvəslə yapışırsınız. Dost və qohumlarınız böyük həvəslə sizə yardım edirlər.
Xərçəng - Sizin yaxşı keyfiyyətləriniz bu gün daha nəzərəçarpandır. Parlamaq, hamının rəğbətini qazanmaq, xoşunuza gələn birini əldə etmək şansınız var. Özünüzə inam, yeni-yeni qələbələrin dadı sizi ehtiyatsızlığa sürükləyir. Bu isə çox təhlükəlidir. Bəli, bu gün bəxtiniz gətirir, amma bunun da bir həddi var. Həmin həddi keçməyə çalışmayın.
Şir - Uğur qazanmağınıza bircə şey mane olur - diqqətinizi cəmləyə, ikinci dərəcəli məsələlərdən qopa bilmirsiniz. Məişət texnikası almaq üçün uğurlu gündür. Enerjiniz çoxdur, axşamadək yorulmayacaq və gözəl əhvalınızı qoruyub saxlaya biləcəksiniz.
Qız - Gün xoş görüşlər, maraqlı söhbətlər vəd edir. Gözlənilmədən sizə karyerada irəliləməyə, yaxud maliyyə məsələlərində uğurlar qazanmağa kömək edəcək insanlarla rastlaşa bilərsiniz. Bu gün həddən artıq cazibədar və məlahətlisiniz, bir çox Qızlar məhz bundan istifadə edərək nüfuzlu şəxslərin dəstəyini qazanmağa çalışacaqlar.
Həmçinin oxuyun
Tərəzi - Çətinliklər çox olacaq, amma neqativ tendensiyaların təsiri uzun sürməyəcək. Problemlərin məngənəsində qalanlar isə özləri bunu seçmiş olacaqlar. Əsas odur ki, başqalarının işlərinə qarışmayasınız. Əlbəttə, hamıya kömək etmək istəyi təqdirəlayiqdir. Ancaq bəzən insanlara sərbəst fəaliyyət göstərməyə imkan yaratmaq lazımdır. Üstəlik, heç sizin də bu işlər xoşunuza gəlmir.
Əqrəb - Əvvəllər vəd etdiyiniz sözləri yerinə yetirmək üçün xeyli zəhmət çəkməli olacaqsınız. Həm özünüzün, həm başqalarının işlərinə məsuliyyətlə yanaşır və bununla ətrafınızdakıların hörmətini qazanırsınız.
Oxatan - Gün xoş, maraqlı və faydalı məşğuliyyətlər üçün daha yaxşıdır. Yaradıcı potensialınız yüksəkdir, ağlınıza gələn ideyalar bir-birindən parlaqdır. Hansısa yeni, gələcəkdə böyük gəlir vəd edən layihənin başlanması mümkündür. Öz gücünüzə inanın, başqalarının da sizə inamı artacaq.
Oğlaq - Gün çox gözəl başlanır. Enerjiniz aşıb-daşır, ən vacibi - özünüzün haqlı olduğunuza dair inamınız güclüdür. Hamıya, o cümlədən özünüzə də sübut edəcəksiniz ki, çox şeyə qadirsiniz. Özünüzün gizli bacarıqlarınızı, istedadlarınızı kəşf edin. Hazırki şərait barədə bir qədər düşünsəniz, düzgün mülahizələr əldə edəcəksiniz.
Dolça - İmicinizdə dəyişikliklər etməkdən çəkinməyin, fantaziyalarınız nə qədər cəsarətlidirsə, xarici görünüşünüz bir o qədər diqqətçəkəndir. Bu gün heç bir daxili müqavimətlə rastlaşmadan stereotiplərdən yaxa qurtara bilərsiniz. Eyni zamanda əvvəllər buraxdığınız səhvləri düzəldə bilərsiniz. Anlaşılmayan səbəbdən özünüzə yaxın hesab etdiyiniz biriylə münasibətləriniz düzələcək.
Balıqlar - Necə davranmağınızdan bu gün çox şey asılıdır. Şöhrətpərəst və qürurlu olsanız, munaqişədən qaça bilməyəcəksiniz, vaxtında kölgəyə çəkilsəniz, güzəştə getsəniz, öz mövqeyinizi qoruyaraq rəqiblərinizi ötə bilərsiniz. Rəhbər Balıqlar gənc işçilərə qarşı bir qədər yumşaq davransalar, yaxşı olar. Sıravi işçilərə isə təşəbbüs göstərərkən kimisə incitməmək tövsiyə olunur.
21:48 / 27 Yanvar 2026
1
21:30 / 27 Yanvar 2026
31
21:18 / 27 Yanvar 2026
797
21:10 / 27 Yanvar 2026
48
20:57 / 27 Yanvar 2026
36
20:49 / 27 Yanvar 2026
74
20:48 / 27 Yanvar 2026
48
20:44 / 27 Yanvar 2026
40
20:26 / 27 Yanvar 2026
48
20:19 / 27 Yanvar 2026
70
20:14 / 27 Yanvar 2026
82
20:09 / 27 Yanvar 2026
267
20:05 / 27 Yanvar 2026
64
19:58 / 27 Yanvar 2026
103
19:45 / 27 Yanvar 2026
70
19:42 / 27 Yanvar 2026
564
19:36 / 27 Yanvar 2026
63
19:28 / 27 Yanvar 2026
71
19:27 / 27 Yanvar 2026
75
19:24 / 27 Yanvar 2026
52
19:19 / 27 Yanvar 2026
58
19:18 / 27 Yanvar 2026
75
19:11 / 27 Yanvar 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.