FHN bu oteli bağladı
14 Aprel 2026, 09:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
784
09.01.2020, 23:22
Baş Prokurorluqda keçirilən müşavirədə Tovuzda azyaşlının qətli müzakirə olunub.
Həmçinin oxuyun
Oxu24.com -un məlumatına görə, Baş Prokurorluqda keçirilən müşavirədə dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.
Qeyd edək ki, ötən ilin noyabrın 21-də itkin düşən Nərmin Quliyevanın meyiti bu il yanvarın 6-da yanmış vəziyyətdə Dondar Quşçu kəndi ərazisində tapılıb. Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.
09:59 / 14 Aprel 2026
16
09:54 / 14 Aprel 2026
19
09:47 / 14 Aprel 2026
27
09:44 / 14 Aprel 2026
29
09:38 / 14 Aprel 2026
56
09:35 / 14 Aprel 2026
33
09:33 / 14 Aprel 2026
31
09:07 / 14 Aprel 2026
155
09:05 / 14 Aprel 2026
67
23:45 / 13 Aprel 2026
127
23:19 / 13 Aprel 2026
591
23:09 / 13 Aprel 2026
299
22:58 / 13 Aprel 2026
244
22:52 / 13 Aprel 2026
804
22:34 / 13 Aprel 2026
1231
22:32 / 13 Aprel 2026
219
22:30 / 13 Aprel 2026
538
22:08 / 13 Aprel 2026
3145
22:02 / 13 Aprel 2026
148
21:51 / 13 Aprel 2026
792
21:39 / 13 Aprel 2026
125
21:35 / 13 Aprel 2026
303
21:19 / 13 Aprel 2026
259
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.