Qızıl və digər qiymətli metallar kəskin ucuzlaşıb
21 Noyabr 2026, 10:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1787
09.01.2020, 09:30
Dərinin quru, normal və ya yağlı olması genetik xüsusiyyətdir. Lakin bəzən yağlı və ya normal dərisi olan insan fikir verir ki, dərisi həddindən artıq quru olub, qabıq verməyə və çatlamağa başlayıb.
Adətən insanlar (xüsusilə qadınlar) belə vəziyyətdə dərini nəmləndirmək üçün müxtəlif maska və kremlərə üz tutur. Dərinin quruluğunun səbəbi hər hansı daxili pozulma və ya xəstəlik olduqda, bu vasitələr kömək etmir və ya çox qısamüddətli effekt verir.
Dərinin quruluğuna səbəb ola bilən pozulmalar arasında:
- Hipotireoz. Bu xəstəlik zamanı qalxanvari vəzi daha az hormon ifraz etməyə başlayır ki, bu da bir çox orqan və sistemlərin fəaliyyətinə təsir edir. Hipotireoz zamanı o cümlədər piy vəzilərin fəaliyyəti pozulur ki, dəri piyinin ifrazı azalır. Nəticədə dəri çox quru olur.
- Şəkərli diabet. Bu xəstəlik zamanı orqanizm qanda şəkərin səviyyəsini azaltmaq üçün çoxlu maye ifraz edir ki, bu da susuzlaşmaya və nəticədə dəri və selikli qişaların quruluğuna səbəb olur. Dərinin quruluğu şəkərli diabetin ilk simptomlarından biri kimi meydana çıxır.
- Hipovitaminoz (xüsusilə A və E vitaminlərinin çatışmazlığı). Saglamolun.az bildirir ki, hipovitaminozun səbəbi düzgün olmayan qidalanma, balanslaşdırılmamış pəhrizlər ola bilər.
- Uzunmüddətli streslər.
- Mədə-bağırsaq sistemi xəstəlikləri. Bu xəstəliklər zamanı qidanın həzm və mənimsəmə prosesləri pozulur ki, nəticədə orqanizm ona lazım olan maddələri kifayət miqdarda almır. Bu isə o cümlədən dərinin vəziyyətinə mənfi təsir edir.
10:33 / 21 Noyabr 2026
14
10:28 / 21 Noyabr 2026
43
10:27 / 21 Noyabr 2026
46
10:00 / 21 Noyabr 2026
76
09:42 / 21 Noyabr 2026
92
09:38 / 21 Noyabr 2026
77
09:35 / 21 Noyabr 2026
69
09:33 / 21 Noyabr 2026
80
09:03 / 21 Noyabr 2026
84
00:12 / 21 Noyabr 2026
177
23:31 / 20 Noyabr 2026
175
23:23 / 20 Noyabr 2026
176
23:06 / 20 Noyabr 2026
189
22:45 / 20 Noyabr 2026
169
22:35 / 20 Noyabr 2026
184
22:22 / 20 Noyabr 2026
196
22:01 / 20 Noyabr 2026
187
21:52 / 20 Noyabr 2026
186
21:48 / 20 Noyabr 2026
181
21:21 / 20 Noyabr 2026
185
20:50 / 20 Noyabr 2026
242
20:40 / 20 Noyabr 2026
345
20:33 / 20 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.