Milli Məclis qəbul etdi:100 manatdan 25 manata endirilir
24 Noyabr 2026, 18:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
23
31.08.2026, 12:09
"Şəhid Analarına Dəstək" İctimai Birliyi Vətən müharibəsinin qəhrəman şəhidi Məmmədov Tərlan Müşviq oğlunun anadan olmasının 30 illiyi münasibətilə Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən xatirə gecəsində iştirak edib.
Tərlan Məmmədov 31 avqust 1996-cı ildə Sumqayıt şəhərində anadan olub.
Tərlan Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Gəncə şəhərində, sonra isə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Tərlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Məmmədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tərlan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ruhun şad olsun şəhidim.
Həmçinin oxuyun
18:08 / 24 Noyabr 2026
1
18:04 / 24 Noyabr 2026
24
17:58 / 24 Noyabr 2026
38
17:55 / 24 Noyabr 2026
127
17:48 / 24 Noyabr 2026
62
17:48 / 24 Noyabr 2026
58
17:41 / 24 Noyabr 2026
65
17:32 / 24 Noyabr 2026
75
17:30 / 24 Noyabr 2026
106
17:22 / 24 Noyabr 2026
99
17:07 / 24 Noyabr 2026
123
17:05 / 24 Noyabr 2026
85
17:05 / 24 Noyabr 2026
86
16:58 / 24 Noyabr 2026
96
16:50 / 24 Noyabr 2026
99
16:40 / 24 Noyabr 2026
147
16:36 / 24 Noyabr 2026
113
16:25 / 24 Noyabr 2026
114
16:21 / 24 Noyabr 2026
108
16:09 / 24 Noyabr 2026
116
16:07 / 24 Noyabr 2026
106
16:02 / 24 Noyabr 2026
139
15:41 / 24 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.