Qaynar xətt:

(+99450) 247 90 86

Yeni QƏRAR İMZALANDI:5 günə LƏĞV OLUNACAQ

Yeni QƏRAR İMZALANDI:5 günə LƏĞV OLUNACAQ

CƏMİYYƏT

182

06.11.2026, 18:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının (MR) Daimi Nümayəndəliyi ləğv edilib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan İqtisadiyyat Nazirliyi bu sənədə əsasən, Bakı şəhərində Naxçıvan MR Daimi Nümayəndəliyinin (bundan sonra - Daimi Nümayəndəlik) ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində Nazirliyin, Naxçıvan MR Maliyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.

Qərar noyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, Bakı şəhərində Naxçıvan MR-in Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov sentyabr ayında vəzifəsindən azad edilmişdi.