Tualetdən gec çıxan azərbaycanlı döyüldü
26 Noyabr 2026, 21:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
326
06.11.2026, 16:17
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.
Oxu24.com xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindəm məhdudiyyət tətbiq olunacaq yollar açıqlayıb.
Bildirilib ki, hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;
II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.Qafqazinfo
22:26 / 26 Noyabr 2026
33
22:22 / 26 Noyabr 2026
18
22:16 / 26 Noyabr 2026
50
22:07 / 26 Noyabr 2026
76
21:58 / 26 Noyabr 2026
88
21:52 / 26 Noyabr 2026
77
21:43 / 26 Noyabr 2026
80
21:37 / 26 Noyabr 2026
104
21:33 / 26 Noyabr 2026
98
21:27 / 26 Noyabr 2026
88
21:19 / 26 Noyabr 2026
94
21:08 / 26 Noyabr 2026
101
21:04 / 26 Noyabr 2026
757
20:55 / 26 Noyabr 2026
110
20:50 / 26 Noyabr 2026
96
20:38 / 26 Noyabr 2026
96
20:31 / 26 Noyabr 2026
107
20:26 / 26 Noyabr 2026
238
20:22 / 26 Noyabr 2026
101
20:09 / 26 Noyabr 2026
115
20:02 / 26 Noyabr 2026
215
19:58 / 26 Noyabr 2026
933
19:46 / 26 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.