Şeytan başını örtərmi?
18 Oktyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
130
18.10.2026, 13:05
Xəbər verdiyimiz kimi,bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur.
1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Oxu24.com bildirir ki,Xalq şairi Sabir Rüstəmxanlı bu tarixlə bağlı foto paylaşıb.
"Şimali Azərbaycanda Dövlət Müstəqilliyimizin bərpasından 35 il keçir. Bu bayram münasibətilə bütün millətimizi, köhnə hərəkatçı dostlarımı, Müstəqillik Aktında imzası olan deputat həmkarlarımı ürəkdən təbrik edirəm!",-deyə S.Rüstəmxanlı paylaşımında qeyd edib.
Jalə
13:55 / 18 Oktyabr 2026
1
13:40 / 18 Oktyabr 2026
56
13:35 / 18 Oktyabr 2026
43
13:32 / 18 Oktyabr 2026
51
13:30 / 18 Oktyabr 2026
49
13:24 / 18 Oktyabr 2026
124
13:15 / 18 Oktyabr 2026
58
13:01 / 18 Oktyabr 2026
67
12:51 / 18 Oktyabr 2026
112
12:47 / 18 Oktyabr 2026
95
12:42 / 18 Oktyabr 2026
215
12:26 / 18 Oktyabr 2026
1425
12:21 / 18 Oktyabr 2026
77
12:18 / 18 Oktyabr 2026
630
12:15 / 18 Oktyabr 2026
319
11:39 / 18 Oktyabr 2026
73
10:31 / 18 Oktyabr 2026
1435
10:29 / 18 Oktyabr 2026
133
10:27 / 18 Oktyabr 2026
102
10:25 / 18 Oktyabr 2026
90
08:10 / 18 Oktyabr 2026
63
07:14 / 18 Oktyabr 2026
51
00:00 / 18 Oktyabr 2026
263
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.